PA rəsmisi: Dini mərasimlər dini siyasiləşdirmək üçün alətə çevrilməməlidir
08:45 15.10.2018
Arxiv
704
Dini mərasimlər dini siyasiləşdirmək üçün alətə çevrilməməlidir.
Trend xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin aparıcı məsləhətçisi Anar Əlizadə "Dini mərasimlər: tarix, ənənə və hüquq" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
A.Əlizadə qeyd edib ki, dini mərasimlər qrup halında, kütləvi şəkildə icra olunur: "Dini mərasimlər kütlələr üzərində böyük psixoloji təsir qüvvəsinə malikdir. Dini mərasimlər zamanı insanların sosial statusu unudulur, hər təbəqədən insanlar bir-birinə yaxınlaşır. Çünki dini mərasimlər ictimai həyatın ayrılmaz tərkib hissəsini təşkil edir".
PA rəsmisi bildirib ki, dini mərasimlərin siyasi-hüquqi tərəfinə gəlincə, Azərbaycanda dövlət-din münasibətləri dünyəvi prinsiplər əsasında qurulub:
"Dini mənsubiyyətindən asılı olmayaraq dini ayinlərin, mərasimlərin icrasında hər kəs üçün azad və bərabər şərait yaradılıb. Yəni ölkədə dini etiqad azadlığı tam təmin olunub. Amma bu o demək deyil ki, dini mərasimlərin keçirilməsi zamanı hüquqi qaydalara, ictimai normalara riayət olunmamalıdır. Ona görə də dini mərasimlər ictimai asayişi pozmadan icra olunmalıdır. Heç kəs dini mərasimləri yerinə yetirməyə və dini mərasimlərdə iştirak etməyə məcbur edilməməlidir".
A.Əlizadə əlavə edib ki, mərasimlər dini siyasiləşdirmək üçün alətə çevrilməməlidir: "Təəssüf ki, xarici dairələr tərəfindən idarə olunan və İslam adı altında hərəkət edən bəzi radikal qruplaşmalar dini mərasimləri siyasi şüarlar səsləndirmək vasitəsinə çeviriblər. Dini mərasimləri yerinə yetirərkən ifrat hərəkətlərə, zarafata yol verilməməlidir. Lakin belə neqativ sosial təzahürlər, mənfi hallar inzibati yollarla deyil, daha çox müntəzəm maarifləndirmə tədbirlərinin həyata keçirilməsi ilə aradan qaldırılmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi