Pakistanda güclü zəlzələ baş verib





 Pakistanda 6,7 bal gücündə zəlzələ baş verib.

"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanlar Minqora şəhərinin 28 kilometr şimal-şərqində qeydə alınıb.

İnsan tələfatı və dağıntılar barədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, Tacikistanın şərqində də 5,2 bal gücündə zəlzələ olub.