"Amma baxırsan ki, soyqırımı ərəfəsində, əlamətdar hadisələrin il dönümündə televiziyalarda daha uyğunsuz formatda proqram hazırlanır. Vətənpərvərlik proqramları belə normal şəkildə təşkil edilmir. Bütün bunlara diqqət edilməlidir”.
"Parisdə 31 Mart soyqırımına dair sənədlərin itməsində erməni izi..." - Tarixçi alim
09:05 13.03.2018
Arxiv
3875
"31 Mart soyqırımı ilə bağlı anım tədbirləri ilə yanaşı hərbi-vətənpərvərlik ruhunda proqramların tərtib edilməsi vacibdir”.
Bunu "Sherg.az”a 31 Mart soyqırımının 100-cü il dönümündən danışarkən tarixçi alim Kərəm Məmmədov deyib.
Onun sözlərinə görə, televiziyalarda, mətbuatda soyqırımının il dönümü ərəfəsində vətənpərvərlik mövzusunda verilişlər yayımlanmalıdır:
"Amma baxırsan ki, soyqırımı ərəfəsində, əlamətdar hadisələrin il dönümündə televiziyalarda daha uyğunsuz formatda proqram hazırlanır. Vətənpərvərlik proqramları belə normal şəkildə təşkil edilmir. Bütün bunlara diqqət edilməlidir”.K.Məmmədov onu da vurğulayıb ki, 31 Mart soyqırımının mənzərəsini yaratmaq, silahsız insanların öz azadlıqları uğrunda mənfur bolşevik-daşnak rejiminə qarşı döyüşmələrini xalqa çatdırmaq lazımdır:
"Təklif edərdim ki, ölkəmizdəki parkların birində 31 Mart soyqırımı qurbanlarına abidə yüksəldilsin. Soyqırımın tək Şimali Azərbaycanda deyil, Cənubi Azərbaycanda da qurbanları olub. Urmiya gölü ətrafında da daşnakların məhv etdiyi cənubi azərbaycanlılar olub. Onlar yad olunmalıdır”.
Tarixçi alim onu da əlavə edib ki, 31 Mart soyqırımında qətlə yetirilən azərbaycanlıların dəqiq sayı məlum deyil:
"Azərbaycan Xalq Cümhuriyyətinin təmsilçiləri 31 Mart soyqırımı ilə bağlı sənədləri, məlumatları toplayıb Parisə aparıb. Lakin həmin sənədlər sonradan yoxa çıxıb. Çox güman ki, burada da erməni barmağı olub”.
Qeyd edək ki, 31 Mart soyqırımı 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan, və digər ərazilərdə Bakı Soveti və Daşnaksütun partiyasından olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri ən amansız qırğındır.
1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Trabzonspor”u çalışdıra bilər
00:10 17.09.2026
Futbol
Turqutluda Bakının azad edilməsinin 108-ci ildönümü qeyd olunub
23:59 16.09.2026
Tarix
Sabah bu rayonlarda işıq olmayacaq
23:51 16.09.2026
Cəmiyyət
İmişlidə zəlzələ olub
23:36 16.09.2026
Hadisə
Yevlaxda şəhidin xanımı 4-cü mərtəbədən yıxılaraq ölüb
22:59 16.09.2026
Hadisə
Azərbaycan effektli, ölçülü-biçili siyasət aparır - ŞƏRH
22:37 16.09.2026
Gündəm
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
22:33 16.09.2026
Cənubi Qafqaz
Təhsil xərclərində 1,6 faiz artım olacaq
22:04 16.09.2026
İqtisadiyyat
Manat gələn il də sabit qalacaq
21:48 16.09.2026
İqtisadiyyat
Azərbaycan gələn il üzrə hərbi xərcləri açıqlanıb
21:21 16.09.2026
İqtisadiyyat
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə