"Parlamentdə boş qalan 6 yerə seçkilər keçirilə bilər" - Millət vəkili





"Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Milli Məclisin(MM) 4 üzvü Nazirlər Kabinetinin strukturuna daxil olan mərkəzi icra hakimiyyəti orqanlarına rəhbər təyin olunublar". 

Bu barədə "Sherg.az"a millət vəkili Rauf Əliyev bildirib. Həmkarlarına belə böyük etimad göstərildiyinə görə, ölkə başçısına minnətdarlıq ifadə edən parlament üzvünün sözlərinə görə, bu təyinatlar MM-nin kadr potensialının səviyyəsini göstərir:

"Digər tərəfdən bu, cənab Prezidentin ölkənin idarə olunmasında gənclərə kifayət qədər geniş yer verilməsinə sübutdur. Yeni yüksək vəzifələrə təyin olunan həmkarlarımı səmimi qəlbdən təbrik edir onlara bu yeni vəzifələrində uğurlar arzulayıram. Bildiyiniz kimi hazırda Milli Məclisdə deputatların sayı 125-dən 119-a düşüb. Düşünürəm ki, boş qalan 6 yerə bu yerlərin təmsil olunduğu seçki dairələrində seçkilər keçirilə bilər".

Ayyət Əhməd