Parlamentdə hüquq-mühafizə orqanları tənqid edildi: "Günahı olan qalır kənarda, günahsızı həbsə salırlar”




Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın hüquq-mühafizə orqanları tənqid edilib. Sherg.az-ın xəbərinə görə, Cəzaların İcrası Məcəlləsinə əlavənin edilməsi məsələsi müzakirə olunarkər mdeputat Siyavuş Novruzov onu narahat edən məqamlara toxunub.

Millət vəkili deyib ki, mənzil problemləri ilə bağlı problemlər yaranır:

"Biz bu barədə tez-tez müraciət alırıq. Bir qrup insan bir mənzili bir neçə nəfərə satır, burada vətəndaşların vəsaitləri mənimsənilir. Onlara hüquqi əsası olmayan müqavilə verilir. İnsanlar belə hallarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edirlər, onlar məsuliyyətə cəlb edilirlər. Bəzi hallarda məlum olur ki, həmin şirkətlər məsuliyyətə cəlb edilənin adına deyil. Soruşanda da məlum olur ki, bunun heç prosesdən xəbəri yoxdur. İnsanları aldadanlar məcburi köçkünlərin adından da sui-istifadə edirlər ki, güzəştlər əldə etsinlər”.

S.Novruzov qeyd edib ki, insanları aldadan, vəsaitini mənimsəyən bir kənarda qalır, günahsız bir adamı həbsə salırlar:

"Belə halların qarşısını almaq üçün bina tikilməsi üçün müraciət edən insanlar yoxlanılmalıdır. Araşdırılmalıdır ki, bu insanın daxma tikməyə imkanı var, yoxsa yox? Düzdür, buna qadağa qoymaq olmaz, amma hansısa formada nəzarət olmalıdır. Qanunvericilikdə edilən dəyişikliyə əsasən, həbs edilən şəxs dəymiş ziyanı ödəyirsə, azadlığa buraxılır. Amma başa düşmək lazımdır ki, onlar insanların 20-30 ilini oğurlayırlar. Bunu miqdarla hesablamaq düzgün deyil”.

Anar