Parlamentdə Prezident İlham Əliyevlə Vladimir Putinin Birgə Bəyanatı təsdiq edildi



Milli Məclisin iclasında "Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında Birgə Bəyanatının təsdiq edilməsi barədə" qanun layihəsi müzakirəyə çıxarılıb.

Sherg.az xəbər verir ki,  bununla yanaşı "Azərbaycan Respublikasının Hökuməti ilə Rusiya Federasiyasının Hökuməti arasında elektrikötürücü xətlər və boru kəməri vasitəsilə keçirilən mallar üzərində gömrük nəzarəti haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihəsi də səsverməyə qoyulub.  Hər iki sənəd qəbul edilib.