Ermənistan hökuməti az qala qapı-qapı düşərək, sərmayəçi axtarır
Paşinyan 100-cü gününə əliboş gedir
21:25 09.08.2018
Arxiv
887
Yeni hökumət iqtisadi sahədə heç bir uğura nail olmayıb
Ermənistan hökuməti az qala qapı-qapı düşərək, sərmayəçi axtarır
Ermənistan hökuməti az qala qapı-qapı düşərək, sərmayəçi axtarır
Ermənistandakı həbs dalğası və siyasi müstəvidə baş verən təlatümlər ölkənin iqtisadi həyatını çökdürüb. Xüsusən, son günlər düşmən ölkədə müşahidə olunan ərzaq bahalaşması erməniləri acınacaqlı duruma salıb. Onsuz da can verən Ermənistan iqtisadiyyatı mövcud siyasi gərginliklərdən dolayı daha bərbad vəziyyətə düşüb. Sabiq prezident Robert Koçaryanın həbsindən sonra isə düşmən ölkədə mürəkkəb situasiya formalaşıb.
Baş nazir Nikol Paşinyanın göstərişləri əsasında Qarabağ klanı üzərində başladılan siyasi təqiblər köhnə sistemi radikal hərəkətlərə keçməyə vadar edib. Məlumdur ki, Ermənistanda uzun illər ərzində hərbi cinayətkar xunta hakimiyyət başında olub. Lakin daha ciddi problem ondadır ki, hərbi cinayətkar xunta, sadəcə, Azərbaycan torpaqlarını işğal altında saxlamaqla ölkəmizə zərər vermir, eyni zamanda erməni xalqının özünü də bədbəxt edir. İşğalçılıq siyasəti ilə regiondakı bütün qlobal layihələrdən kənarda qalan, istehsalı və ixrac potensialı, eyni zamanda nəqliyyat tranzit imkanları tükənən düşmən ölkə xilas yolu axtarır. Hazırda erməni ictimaiyyətini düşündürən ən vacib məsələ budur. Təcavüzkar ölkənin bərbad durumu belədir: - iqtisadi tənəzzül, aclıq, səfalət, vətəndaşların öz gələcəklərinə və dövlətlərinə inamsızlığı... Həmişə dövlət büdcəsini xarici ianələr, diaspor təşkilatlarından diləndiyi maliyyə hesabına doldurmağa çalışan Ermənistan hakimiyyəti artıq erməni diasporunun da etimadını itirib. Aydındır ki, Ermənistan blokadada olduğu, təcrid edildiyi üçün mühüm layihələrdə pay sahibi ola bilmir. Çıxış yolu axtaran düşmən tərəf müxtəlif çarələrə baş vurur, hətta bu məqsədlə Orta Asiya ölkələri, xüsusən Qazaxıstanla iqtisadi yaxınlıq etməyə çalışır. Ən əsası isə ABŞ-Türkiyə gərginliyindən yararlanmağa səy göstərir. Ekspertlərə görə, İrana qarşı tətbiq edilən sanksiyalar da Ermənistana mənfi təsir göstərəcək.
Ermənistandakı iqtisadi böhranla bağlı "Şərq”ə danışan politoloq Sədrəddin Soltan bildirib ki, Paşinyan hökuməti iqtisadi sahədə heç bir uğura nail olmayıb. Baş nazir Rusiya ilə münasibətləri hələ də normallaşdıra bilməyib:
"İrəvan perspektivdə Rusiyanın Ermənistana ciddi təzyiqlər edəcəyindən ehtiyatlanır. Bunun üçün əlverişli neft-qaz təradarükçüsü axtarır. Bir müdət əvvəl Rusiya Ermənistana satdığı təbii qazın qiymətini qaldıracağını bəyan etmişdi. Belə bir halın qaçılmaz olacağını ehtimal edən İrəvan hökuməti alternativ ölkələr axtarır. Bunlardan biri İran, digəri isə Qazaxıstandır. Yalnız bu ölkələr Ermənistanın tələbatınn ödəyə bilər. Ancaq indiyədək nə Tehran, nə də Astana düşmən ölkə ilə yeni əməkdaşlıq məsələlərini müzakirə etməyiblər. Rusiya ilə münasibətlərdə yaranmış gərginlik Ermənistanı daha riskli hala gətirib. Odur ki, Ermənistan hökuməti az qala qapı-qapı düşərək, sərmayəçi axtarır. Nikol Paşinyan başda olmaqla hökumətin ayrı-ayrı nazirləri ABŞ, Kanada və Avropa dövlətlərinin iş adamlarını Ermənistana sərmayə qoymağa çağırırlar. Ancaq hələ Ermənistan sənayesinə ciddi sərmayə qoyan tapılmayıb. Elə əvvəllər də vəziyyət buna oxşar idi. Paşinyan hökumətinin vəziyyəti əvvəlkilərdən fərqlənmir. Bilirsiz ki, 2008-ci il martın 1-də Ermənistanda baş vermiş hadisələrin müəllifləri, o cümlədən keçmiş prezident və sabiq dövlət məmurları istintaqa cəlb edilirlər. İndiki hökumət bu məsələ ilə cəmiyyətin etibarını qazanmağa çalışır. Bununla həm də Moskvaya özünü qəbul etdirməyə cəhd göstərir”.
Analitik bəyan edib ki, heç şübhəsiz, həm Rusiya, həm də İrana qarşı sanksiyaların tətbiqi və genişləndirilməsi Ermənistana mənfi təsir göstərəcək: "Çünki bu ölkənin iqtisadiyyatı daha çox Moskva və Tehrandan asılıdır . Odur ki, rəsmi İrəvan Ankaranı şantaj etməklə onunla yaxınlaşmaq niyyətindədir. Yeni hökumət özündən əvvəlkilər kimi Ermənistan hərbçilərinin Dağlıq Qarabağdan çıxması məsələsindən bəhs etmir. Əksinə, işğalçılıq siyasətində bəlağətə üstünlük verir.
Bu vəziyyət davam edərsə, Ermənistanda vəziyyətin yenidən qarışacağını ehtimal etmək olar. Avqustun 17-də Nikol Paşinyan hökumətinin 100 günü tamam olacaq. Bununla bağlı paytaxtda onun iştirakı ilə mitinq keçiriləcək. Həmin mitinqdə Ermənistan hökumətinin gələcək planlarının açıqlanacağı gözlənilir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya