
Paşinyan Qarabağ danışıqlarında fəallaşacaq
08:31 07.02.2019
Arxiv
652
Lakin burada hədəf nəticəyə deyil, sadəcə, cəbhədə atəşkəsi qorumağa hesablanacaq
"Ermənistan rəhbərliyinin "Qarabağ klanı"na qarşı siyasi təqibi səngiməyib. Artıq sabiq prezident Serj Sarkisyan 1 mart hadisələrinə görə beş saat istintaqa ifadə verib”.
Bunu "Şərq”ə Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri cdeyib. Analitik bildirib ki, Sarkisyanın rəhbərlik etdiyi Respublikaçılar Partiyası da getdikcə zəifləyir və parçalanmaya məruz qalır:

"Hətta bəzi üzvlər partiya sıralarını tərk edərək baş nazir Nikol Paşinyana tərəf meyillənirlər. Sarkisyanın istintaqa dəvət olunmasını onun həbsinə hazırlıq kimi də dəyərləndirmək lazımdır. Rusiyanın əsas adamı və Ermənistanda Sarkisyandan da güclü füqur olan Koçaryan həbs edilirsə, niyə də Sarkisyan həbs edilməsin?! Paşinyan bu iki odioz fiquru sıradan çıxarmaqla, ölkəsində daxili təzyiqlərdən sığortalanmağı düşünür. Çünki yaxşı bilir ki, iki fiqurun zərərsizləşdirilməsindən sonra ona qarşı alternativ qüvvə qalmayacaq. İlk növbədə bu həbs və təqiblər Paşinyana Qərb tərəfindən verilən təlimatlar əsasında aparılacaq ki, bu da hakimiyyətin güclənməsinə hesablanıb”.
Politoloqun sözlərinə görə, Paşinyan hazırda güclü şəkildə Qarabağ danışıqlarında bu klanın təzyiqləri ilə üzləşir:
"Əgər "Qarabağ klanı”nı tam sıradan çıxarıb, daxili təzyiqləri neytrallaşdırsa, bu, ilk növbədə Moskvanın mövqeyini zəiflədəcək. Burada artıq Paşinyanın Qarabağ danışıqlarında daxili təzyiq formulu aradan qalxacaq. Hesab edirəm ki, Paşinyan il ərzində danışıqları maksimum yüksək səviyyədə aparacaq. Lakin burada hədəf nəticəyə deyil, sadəcə, cəbhədə atəşkəsi qorumağa hesablanacaq. Həmçinin, güzəştsiz mövqe ortaya qoymaqla daxili sabitliyi bir müddət qorumağa çalışacaq. Amma bu siyasət rəsmi Bakı tərəfindən ciddi şəkildə təzyiqlə qarşılaşa bilər. İl ərzində müsbət dəyişikliklər gözlənilsə də, müharibə variantı rəsmi Bakının masasındadır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mətbuat Şurası Türkiyənin media qurumlarına çağırış edib
17:33 19.10.2026
Media
Soyuq salamlaşma - Özgür Özəl Kamal Kılıçdaroğlunun üzünə baxmadı
17:23 19.10.2026
Gündəm
Tramp: Fransa ələ keçirilib, təcili sərhədlər bağlanmalıdır
17:18 19.10.2026
Gündəm
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb
17:02 19.10.2026
Hadisə
Kiyevsiz sülh razılaşması mümkün deyil - Peskov
16:41 19.10.2026
Dünya
Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə 70 mənzil alıb
16:07 19.10.2026
Sosial
Tramp Fransanı sərhədlərini dərhal bağlamağa çağırıb
15:44 19.10.2026
Gündəm
İsrail liderindən xəbərdarlıq: İstənilən an vura bilərik
15:22 19.10.2026
Dünya
Lavrov İrana səfər edib
15:15 19.10.2026
Dünya
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
14:43 19.10.2026
Sağlamlıq
Erməni nazir: Əsas vəzifəmiz Azərbaycanla sülh sazişi imzalamqdır
14:42 19.10.2026
Gündəm
“Oğlum ölmədi, öldürüldü” - Ana Mark Zukerberqi ittiham etdi
14:09 19.10.2026
Hadisə
“Sabah”ın rəqibləri “Borussiya” və “Napoli” eyni qapıçını istəyir
13:56 19.10.2026
Futbol