Paşinyan uca səslə etiraf etdi

Ermənistan ordusunun qida təminatının vəziyyəti qorxuncdur



"Ermənistanın baş nazir vəzifəsini icra edən Nikol Paşinyan erməni ordusundakı rəzaləti etiraf etmək məcburiyyətində qalıb”. Bu barədə "Şərq”ə açıqlamasında analitik Ehtiram Aşırlı deyib. Ekspert bildirib ki, düşmən ordusundakı ən kritik məqamlar əsgərlərin qida və geyimlə təmin olunmasındadır: "Paşinyan açıqlamasında bildirib ki, orduda qida təminatının vəziyyəti qorxuncdur: "Mən əsgərin yeməyindən qətiyyən məmnun deyiləm. Yeməkləri özümüz yoxladıq və bərbad olduğunu gördük”. Paşinyan əlavə edib ki, əsgərlərin paltar çatışmazlığı məsələsi də tezliklə çözülməlidir: 

"Bəli, bu sahədə problemlərimiz çoxdur. Bu barədə yekə-yekə danışanlar hardadır? Biz "əsgərlərə "tuşonka" verin, onunla yaşasınlar” kampaniyasından çıxmalıyıq”. Hər halda Paşinyan bu cür açıqlama verməklə ilk növbədə Ermənistanın müdafiə naziri David Tonoyanın "orduda hər şey qaydasındadır, əsgərlər yaxşı qidalanır və keyfiyyətli alt paltarları ilə təmin olunur” fikirlərini təkzib etmiş oldu. Görünür, Paşinyan Tonoyanın xidmətindən ciddi narazıdır. 

Əks halda mətbuat konfransında ordudakı acınacaqlı vəziyyət barəsində məlumat verməzdi”. Ekspert bildirib ki, Paşinyan artıq Tonoyanın onu neçə aylardır aldatdığını və ordudakı vəziyyətlə bağlı yalan məruzələr etdiyini başa düşməyə başlayıb: 

"Həmçinin, erməni ordusunda yaranmış rüsvayçılıqla bağlı keçirilən son etiraz aksiyaları Paşinyanı bu cür açıqlama verməyə vadar edib. Orduda Tonoyanın ifadə etdiyi kimi, əsgərlərin qidalanmasının və geyimlərinin keyfiyyətinin yüksək səviyyədə olmadığını Paşinyan özü də ifadə edir. Bir sözlə, Ermənistanın hökümət nümayəndələrinin fikirlərində ciddi təzadlar mövcuddur”.

İsmayıl