Bundan başqa, proqramda ABŞ və Avropa İttifaqı ilə əməkdaşlığın vacibliyindən də danışılır. Üstəgəl proqramın ana xətlərindən biri də Ermənistanın Gürcüstan və İranla əməkdaşlığını dərinləşdirməsinin vasibliyinin göstərilməsidir. Uzaq Çin, Hindistan və Yaponiya ilə siyasi və iqtisadi ələqələrin inkişafı vacibliyi də unudulmayıb.
Paşinyanın proqramında nələr var ? - AÇIQLANDI
06:39 04.06.2018
Arxiv
636
"Ermənistanın yeni hökumətinin proqramı hazırdır və 7 iyunda parlamentin müzakirəsinə çıxarılacaq".
Bu barədə "Sherg.az"a "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib. Ekspert qeyd edib ki, proqramın əsas tezislərini diqqətlə oxuyub və heç bir yeni detala rast gəlməyib:
"Məsələn, proqramın xarici siyasət və Dağlıq Qarabağ hissələrində bunlar yazılıb: "Ermənistan Dağlıq Qarabağın təhlükəsizliyinə cavabdehdir”, "Danışıqlarda bizim üçün Dağlıq Qarabağın statusu əsasdır”, "Dağlıq Qarabağ təmsilçiləri danışıqlarda iştirak etməlidirlər”, "Ermənistan hökuməti beynəlxalq aləmdə erməni soyqırımının tanınması siyasətini aparacaq”, "Rusiya ilə müxtəlif sahələrdə strateji tərəfdaşlıq davam edəcək”.
Bundan başqa, proqramda ABŞ və Avropa İttifaqı ilə əməkdaşlığın vacibliyindən də danışılır. Üstəgəl proqramın ana xətlərindən biri də Ermənistanın Gürcüstan və İranla əməkdaşlığını dərinləşdirməsinin vasibliyinin göstərilməsidir. Uzaq Çin, Hindistan və Yaponiya ilə siyasi və iqtisadi ələqələrin inkişafı vacibliyi də unudulmayıb.Bütün bu maddələr Nikol Paşinyanın devirdiyi Serj Sərkisyanın proqramında da olub. Guya Serj Sərkisyan Avropa İttifaqı ilə əməkdaşlıq etmək istəmirdi, yoxsa qonşuları Gürcüstan və İranla əməkdaşlığa önəm vermirdi? Bunlar hamısı olub, ancaq olduğu halda Ermənistan iqtisadiyyatını və Serj Sərkisyanın özünü xilas etməyib.
Əsas proqram deyil, Paşinyanın atacağı addımlara Rusiyanın necə reaksiya verəcəyidir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə Nyu-Yorkda günlər keçirib "BMT qətnamələri yerinə yetirilməlidir” təkrarlamaqdansa (onsuz da yerinə yetirmirlər və topu hər dəfə ATƏT-ə atırlar) Ermənistandakı və Dağlıq Qarabağdakı prosesləri diqqətlə izləyib, buna uyğun gedişlər fikirləşməlidir".
Ayyət ƏHMƏD
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Belarus prezidentinin kiçik oğlu orduya çağırılıb
16:58 11.09.2026
Dünya
Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
16:51 11.09.2026
Ekologiya
Lukaşenko görüş üçün Trampa şərt qoydu
16:50 11.09.2026
Dünya
Riyaziyyat təmayüllü məktəb ənənəsi güclənir
16:49 11.09.2026
Elm və Təhsil
Karapetyan: Rusiya Ermənistandan getsə, yiyəsiz qalacağıq
16:44 11.09.2026
Region
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verəcək
16:15 11.09.2026
Dünya
Netanyahu husilərə qarşı müharibəyə hazır olduğunu bəyan etdi
16:07 11.09.2026
Aktual
Aleksandr Vuçiç sentyabrın sonunda istefa verəcək
15:53 11.09.2026
Dünya
Lukaşenko: Belarus ordunun döyüş hazırlığını yoxlayacaq
15:45 11.09.2026
Gündəm
"Bank Respublika" "AccessBank"ın səhmlərinin 100%-ni alır
15:29 11.09.2026
İqtisadiyyat
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO
15:05 11.09.2026
Gündəm
Bakıda ərini qətlə yetirib həyətdə basdıran qadına hökm oxunub
14:37 11.09.2026
Hadisə
Maqdalena Qrono Ermənistana səfər edəcək
14:33 11.09.2026
Gündəm
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
14:31 11.09.2026
Cəmiyyət