Paşinyanla Trampın görüşü mürəkkəb məsələdir
07:54 25.07.2018
Arxiv
478
Bu təmas baş tutsa belə İrəvan istəyinə nail ola bilməyəcək
ABŞ və Ermənistanın xarici siyasət idarələri prezident Donald Trampla baş nazir Nikol Paşinyanın görüşmək imkanını müzakirə edirlər. Bunu Ermənistanın Amerika Birləşmiş Ştatlarındakı səfiri Qriqor Hovannisyan deyib.
Səfir bildirib ki, gündəlikdə dayanan görüşün reallaşması üçün rəsmi İrəvan ciddi səy göstərir. Bundan əvvəl Paşinyan da bəyan etmişdi ki, sentyabrda Nyu-Yorkda ABŞ-a səfər etməyi planlaşdırır. Amerikalı siyasi ekspert Piter Teys də vurğulayıb ki, hazırda erməni lobbisi ABŞ Konqresinə və Ağ Evə güclü təsir göstərir.
Teys bildirib ki, prezident Tramp Azərbaycanla ticarət, mədəniyyət və müdafiə sahəsində əməkdaşlığı genişləndirməyi düşündüyü üçün erməni lobbisi narahat olub: "Hazırda Ağ Ev müxtəlif lobbi qruplarının təsirini azaltmağa yönəlmiş qanun layihələri qəbul edir. Tramp erməni lobbisi də daxil olmaqla, bir sıra lobbi qruplarının ABŞ Konqresi və icra orqanlarına təsirini azaltmaq üçün ciddi işlər görür”.
Amerikadakı erməni fəallığı ilə bağlı "Şərq”ə açıqlama verən politoloq Qabil Hüseynli bildirib ki, uzun illərdir ABŞ-da ciddi fəaliyyət göstərən erməni lobbisi bir çox sahələrə təsir etmək imkanı qazanıb. Onun sözlərinə görə, indiki məqamda Nikol Paşinyanın Donald Trampla görüşü bir qədər mürəkkəb məsələdir:
"Tramp postsovet dövlətləri içərisindən indiyədək yalnız Qazaxıstan və Özbəkistan prezidentləri ilə görüşüb.
Ermənistan kimi kiçik, Rusiyanın vassalı olan bir ölkə rəhbərinin ABŞ prezidenti ilə təması üçün erməni lobbisinin güclü dəstəyi şərtdir. O baxımdan Amerikada olan erməni lobbisi görüşün baş tutması üçün canfəşanlıq edir. Bütün maneələrə rəğmən, görüşün reallaşması ehtimalı da var. Çünki Amerika Rusiyaya yaxın bir ölkənin Moskvanın kurasiyasından çıxmasında maraqlıdır. Trampın tərəfdaşları Rusiya ilə bağlı məsələlərdə ona tövsiyə verərkən, postsovet məkanındakı Moskvaya yaxın ölkələrin ələ alınması təklifini irəli sürürlər.
Görünür, Tramp bu təkliflərə müsbət yanaşır. Ona görə də son dönəmlər keçmiş sovet ölkələrinə yaşıl işıq yandırır. Məlumatlara görə, Ağ Ev rəhbəri Ermənistan kimi ölkələrdə Rusiya əleyhinə olan bütün proseslərə diqqətlə yanaşır. Lakin Tramp-Paşinyan görüşü baş tutsa belə İrəvanın istəyinə nail olacağını zənn etmirəm. Çünki son dövrlər Azərbaycan-ABŞ əlaqələri kifayət qədər inkişaf edib. Ağ Ev hökuməti rəsmi Bakıya etibarlı tərəfdaş kimi baxır. Münaqişənin həllində vasitəçi olan bir ölkənin işğalçı tərəflə yaxınlaşması inandırıcı deyil”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
13:52 03.11.2026
Cəmiyyət
Mobil telefonlar da POS-terminal sayılacaq
13:45 03.11.2026
İqtisadiyyat
İrandan gözlənilməz açıqlama: Artıq nüvə silahımız da var
13:38 03.11.2026
Son dəqiqə