Pentaqon : "Rusiya Suriyada vətəndaş müharibəsini daha da alovlandırır"




Pentaqon Rusiyanı Suriyada vətəndaş müharibəsini daha da alovlandırmaqda ittiham edib. 

Sherg.az xəbər verir ki, Pentaqon rəhbəri Eşton Karter NBC telekanalına müsahibəsində bildirib ki, Rusiyanın Suriyada İŞİD-ə qarşı mübarizəsi «sıfır»ın altındadır: 

«Onlar İŞİD-ə qarşı heç nə etməyiblər. Faktiki «sıfır». Onlar deyirdi ki, biz İŞİD-lə mübarizə aparmaq və vətəndaş müharibəsini yoluna qoymaq üçün gəlmişik. Ancaq bunların heç birini etmədilər. Əksinə, Rusiyanın Suriyada qalması bu ölkədə vətəndaş müharibəsini daha da alovlandırır».

Qeyd edək ki, Rusiya hərbi qüvvələri 2015-ci ilin sentyabrından Suriya ərazisindədir və həmin vaxtdan da terror qruplaşmalarının hədəflərinə aviazərbələr endirməyə başlayıblar.

Məlahət