Peru mətbuatı: Azərbaycan köçkünlərin geri qayıdışı üçün səylərini artırır
04:40 19.05.2021
Arxiv
432
Perunun ən nüfuzlu KİV-lərindən olan “La Razón” qəzetində 44 günlük Vətən müharibəsinin yekunları, regionda münaqişə sonrası yaranmış vəziyyət, işğaldan azad olunmuş ərazilərin erməni vandalizminə məruz qalması, azərbaycanlı məcburi köçkünlərin evlərinə qayıtması üçün mövcud maneələr və ölkəmiz tərəfindən burada aparılan yenidənqurma işləri haqda bu ölkədəki səfirimiz Məmməd Talıbovun müsahibəsi dərc olunub.
Bu barədə “Report”a Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən məlumat verilib.
Müsahibədə 44 günlük müharibənin yekununda Azərbaycanın 30 ilə yaxın erməni işğalında olan ərazilərinin böyük hissəsini azad etdiyi, 10 noyabr tarixli üçtərəfli bəyanatla Ermənistan silahlı qüvvələrinin digər ərazilərimizdən çıxarıldığı, bölgədə Rusiya-Türkiyə birgə montorinq mərkəzinin yaradıldığı və Rusiya sülhməramlı kontingentinin yerləşdirildiyi məlumat verilib.
Hazırda Azərbaycanın başlıca hədəfinin işğal dövründə Ermənistan tərəfindən qovulmuş 1 milyona yaxın məcburi köçkünümüzün geri qaytarılması olduğu və bu məqsədlə geniş miqyaslı yenidənqurma işlərinin aparıldığı, ancaq bu məqsədin həyata keçirilməsi üçün bir sıra maneələrin mövcud olduğu, bu xüsusda azad edilmiş şəhər və qəsəbələrdə yaşayış infrastrukturunun ermənilər tərəfindən tamamilə dağıdıldığı, ölkəmizə aid tarixi-mədəni irsin məhvinə cəhd edildiyi, burada geniş sahələrin kütləvi qaydada minalandığı, Ermənistanın beynəlxalq humanitar hüquqa zidd olaraq bu minaların yerləşmə xəritəsini verməkdən imtina etdiyi və mülkü vətəndaşların təhlükəsizliyini təmin etmək üçün beynəlxalq ictimaiyyətin bu məsələyə ciddi münasibət bildirməsi gərəkdiyi qeyd olunub.
Bölgədə sabitliyin bərqərar olmasına qarşı digər bir təhlükənin Ermənistanda münaqişənin bitdiyini qəbul etməyən, yeni hərbi qarşıdurmaların yaranmasını təşviq edən qisasçı və radikal milliyətçi qüvvələrin meydana çıxması olduğu bildirilib və regionda davamlı sülhün təmin edilməsi üçün Ermənistanın bu kimi yanaşmalardan, ərazi iddialarından və təcavüzkar siyasətindən əl çəkməli olduğu söylənilib.
Sonda Azərbaycanın onilliklərlə davam edən işğal vəziyyətinə rəğmən əldə etdiyi iqtisadi uğurlar, bölgədə Türkiyə və Gürcüstanın da iştirakı ilə reallaşdırdığı iri miqyaslı enerji və infrastruktur layihələri haqda məlumat verilib, bu günə qədər ölkəmiz tərəfindən bu sahədə həyata keçirilmiş uğurlu təşəbbüslərin regionun münaqişədən sonrakı inkişafına öz töhfəsini verəcəyi bildirilib, habelə pandemiya ilə mübarizə istiqamətində ölkəmizdə görülən tədbirlər və cari ildən etibarən aparılan peyvəndləmə prosesi haqda danışılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət