Peskov: "“İskəndər”in qalıqları mövzusunda sıx dialoq aparırıq"


Qarabağda “İskəndər-M” raketin qalıqlarının tapılması ilə bağlı Bakının məlumatları Rusiya və Azərbaycan hərbçiləri arasında sıx dialoq şəraitində müzakirə olunur.

TASS-ın məlumatına görə, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Hərbi xətlə sıx dialoq aparılır və bütün müvafiq məsələlər müzakirə olunur”, - deyə Peskov bildirib.