Polis Ağsuda qanvermə aksiyasına qoşulub
13:39 16.05.2020
Arxiv
518
Talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən insanlar üçün qan ehtiyatının yaradılmasına dəstək məqsədilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan qanvermə aksiyası çərçivəsində növbəti təşəbbüs Ağsu rayonunda keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, rayon mərkəzi xəstəxanasında keçirilən qanvermə aksiyasına yerli idarə və təşkilatlarla yanaşı, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları da yüksək həvəslə və könüllü şəkildə qoşulublar. Aksiya iştirakçıları əvvəlcə həkim nəzarətindən keçirilib, daha sonra qan veriblər.
Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra Mərkəzi Qan Bankına təhvil veriləcək və irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın dini lideri Əhməd Vəhidini SEPAH-a rəhbər təyin etdi
20:05 10.08.2026
Region
Raketlərimiz trayektoriyasını dəyişə bilir - SEPAH
19:53 10.08.2026
Dünya
Samuxda 17 yaşlı qız qardaşını xilas edərkən boğulub - YENİLƏNİB
19:44 10.08.2026
Hadisə
Evdə mərhələni adlayan tərəf biz olacağıq - "Sabah"ın futbolçusu
18:24 10.08.2026
Futbol
“İnsanlar yenidən nağda keçəcək” - HƏYƏCAN TƏBİLİ
18:23 10.08.2026
İqtisadiyyat
Azərbaycanlı qadın İstanbulda müəmmalı şəkildə öldü
17:23 10.08.2026
Hadisə
Bakıda 9 marşrutun hərəkəti dəyişdirilib
17:15 10.08.2026
İnfrastruktur
Lerik-Lənkəran sərhədində zəlzələ olub
16:38 10.08.2026
Hadisə
Lökbatanda iki qadın dənizdə boğulub - YENİLƏNİB
16:17 10.08.2026
Hadisə