Polis şokda: 3 yaşlı qız taxta qutunun içində yaşamağa məhkum edilib

ABŞ-ın Çikaqo şəhəri yaxınlığındakı bir qəsəbədə 3 yaşlı qız uşağının ailəsi tərəfindən kiçik bir taxta qutu içində yaşamağa məcbur edildiyi ortaya çıxıb.
milliyyət. com. xəbər verir ki, adı açıqlanmayan 3 yaşlı qız uşağı bölgə şerifi Jeff Richwin tərəfindən ailəsinin evində taxtadan bir qutu içində yatar halda tapılıb. Yarım metr uzunluğunda olan taxta qutuya bağlanılan qız uşağını görən polis gözlərinə inana bilməyib.
Şerif evə gələn sırada bunun gerçək olmaması üçün dua etdiyini "Ümid edirəm, bu doğru deyil. Kim kiçik bir qızı qutunun içinə həbsədə saxlaya bilər ki? Belə bir şey ola bilməz" dediyini bildirir. Qızı gördüyü an isə "Düşünün… Aman Tanrım, bu necə ola bilər?" sözləriylə Şerif Richwin yaşadığı şoku izah edir. Evə gəlib qızı soruşduğu sırada belə ailənin hər şey normalmış kimi davrandığını söyləyən  Jeff Richwin "qız salonun ortasında bir qutunun içində idi. Ancaq kimsə sanki o varmış kimi belə danışmırdı." deyir.
Qızın çox zaman qutunun içində saxlandığı, orda xeyli sayda ölü böcəklər olduğu görünüb. Hadisə ilə əlaqədar qızın 42 yaşlı anası Donna Short, 25 yaşlı atası Christopher Short və daha 5 nəfər olmaqla cəmi 9 adam nəzarətə alınıb. Ana, ata və Patricia Meeks adlı gənc qız uşaq istismarından, digər 6 nəfər isə uşaq istismarına göz yummaq cinayətləri ilə mühakimə olunacaq.