Politoloq: "İranın daxilində parçalanmalar yaşanır" - ABŞ arzusuna çatır





"Nə qədər ki, İran ABŞ-ın şərtlərinə əməl etməyəcək, ABŞ-da ona qarşı təzyiqlərdən əl çəkməyəcək”

Bunu "Sherg.az”a politoloq Sədrəddin Soltan deyib.

Onun qənaətincə, ABŞ-ın İrana qarşı təsirləri hər zaman davam edəcək:

" İrana qarşı ABŞ-ın bu təzyiqlərinın səbəbi cənub qonşumuzun onun şərtlərinə əməl etməməsindən qaynaqlanır. Bu şərtlər İranın Suriyadan çıxması, Fələstin, Yəmən, İraq məsələlərinə qarışmaması, başqa qüvvələri müdafiə etməməsi və müttəfiqlərinin daxili işlərinə müdaxilə etməməsindən ibarətdir. Rəsmi Tehran bu şərtlərə əməl etmədikcə Vaşinqton hər zaman ona sanksiyalar tətbiq edəcək. ABŞ cənub qonşumuza təsir etdikcə İranda əhalinin etirazları artır. 

Çünki İranın dollar ala bilməməsi, neft satışında problemlərinin artması və milli valyutasının dəyər itirməsinin səbəbkarı ABŞ-dır. Əgər bu tendensiya davam edərsə, İranında bir sıra xoşagəlməz problemlər yaşanacaq. Çünki Ağ evin niyyəti məhz İran hakimiyyətini zəiflətmək, daxildə parçalanma yaratmaq, İrana qarşı etimadı sıfıra endirməkdir. 

Hazırda İranın daxilində parçalanmalar yaşanır. ABŞ təsirlərini hər zaman göstərməyə davam edəcək. İran onun şərtlərini qəbul edərsə, ABŞ bu siyasətdən əl çəkəcək”.

Kənan Eynuroğlu