"Prezident bayramqabağı qaçqınlara bir daha qayğısını göstərdi" - Deputat





Ötənlərdə Abşeron rayonunda məcburi köçkün ailələri üçün salınmış yaşayış kompleksinin istifadəyə verilməsi mərasimi baş tutub. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işitak edib. Cənab Prezident tədbirdə çıxış edərək bildirib ki, məcburi köçkünlərin problemləri sosial məsələlər arasında ön plandadır və son illərdə məcburi köçkünlərin problemlərinin həlli işində çox böyük addımlar atılıb. Eyni zamanda ölkə başçısı qeyd edib ki, ümid edirik ki, 2019-cu il Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün önəmli il ola bilər: "Ölkəmizin ərazi bütövlüyü qeyd-şərtsiz təmin olunmalıdır. Azərbaycanın ərazi bütövlüyünün istənilən yolla bərpası bizim suveren hüququmuzdur”.

Ölkə başçısının fikirlərinin tamamən həqiqəti əsk etdirdiyini deyən millət vəkili Fəzail Ağamalı "Sherg.az”a söyləyib ki, Prezident hər zaman olduğu kimi bir daha yeni il qabağı qaçqınlara diqqət və qayğısını göstərdi:

"Hər zaman Azərbaycan hökuməti əhalinin, xüsusi ilədə qaçqınlar, qazilər, şəhid ailələri və sosial müdafiəyə ehtiyac olanların problemlərini aradan qaldırmağa çalışıb. Mərhələli şəkildə də buna nail olub. 

Cənab Prezident tədbirdə Dağlıq Qarbağ münaqişəsi ilə bağlı ciddi mesajlarını ortaya qoydu. Fikrimcə, tədbir zamanı ölkə başçısı hər kəsə öz pirinsipal mövqeyini, ənənəvi siyasətini, Azərbaycan xalqının maraqlarına uyğun atılan addımlarını göstərdi”.

Kənan Eynuroğlu