Prezident ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - YENİLƏNİB
08:53 23.12.2016
Arxiv
464
Milli Olimpiya Komitəsində 2016-cı ilin idman yekunlarına həsr olunan mərasim keçirilib.
APA-nın məlumatına görə, Azərbaycan prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Dövlət başçısı tədbirdə çıxış edib.
Sonra 2016-cı ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub.
Azərbaycan prezidenti ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə Tarverdi Allahverdiyevə, Çingiz Eyvazova, Seymur Əhədova, Vaqif Feyzullayevə, Oleq Krapivinə, Firudin Qurbanova, Həmid Məmmədyarova və Bəhruz Salehliyə "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adlarının döş nişanlarını təqdim edib.
Ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında xüsusi xidmətləri olan Abas Əzimova və Qəhrəman Məmmədyarova Azərbaycan prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sənədlər təqdim olunub.
İ. Əliyev Olimpiya çempionu Radik İsayevə və Rio Olimpiadasında yarışların idarə olunmasında göstərdiyi yüksək peşəkarlığa görə beynəlxalq dərəcəli hakim Hicran Şərifova Milli Olimpiya Komitəsinin "Olimpiya” ordenlərini təqdim edib.
Azərbaycanda qeyri-Olimpiya idman növlərinin inkişafında xüsusi xidmətlərinə görə Nurlan Aslanov, Bəxtiyar Abbasov, Ayaz Məmmədov, Vasif İsmayılov, Şəmsi Bayramov, Ramal Aslanov, Adil Əliyev, Zaur Axundov, Nəriman Quliyev və Emin Hacıyev Milli Olimpiya Komitəsi prezidentinin fəxri fərmanları ilə təltif ediliblər.
Prezident İlham Əliyev 2016-cı ildə yüksək nailiyyətlər göstərmiş bir qrup idmançıya və idman mütəxəssisinə yeni mənzillərin orderlərini təqdim edib.
Sonra Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Miniatür Kitab Muzeyinin təsisçisi və rəhbəri, Əməkdar İncəsənət Xadimi Zərifə Salahova Azərbaycan prezidenti İlham Əliyevə xatirə hədiyyələri təqdim edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncədə 70 yaşlı kişinin meyiti tapıldı
21:23 06.10.2026
Hadisə
16 yaşlı qızını nişanlayan ata cərimələndi
21:00 06.10.2026
Sosial
Rusiyadan AZAL qəzası ilə bağlı yeni açıqlama...
20:50 06.10.2026
Aktual
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə görüşdü
20:38 06.10.2026
Gündəm
Ayı qəbri qazaraq qadın meyitini apardı
20:17 06.10.2026
Dünya
İranda 70 siyasi məhbus edam edildi
20:02 06.10.2026
Region
Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb
19:53 06.10.2026
Hərbi
39 yaşlı ƏFSANƏ: Messi Argentina millisində son oyununa çıxır
19:46 06.10.2026
Futbol
Ərdoğandan universitetlərə süni intellekt xəbərdarlığı
19:41 06.10.2026
Gündəm
Məktəb direktoru onkoloji xəstəlikdən vəfat etdi
19:37 06.10.2026
Hadisə
Qadınlar kişilərdən daha çox ağrı hiss edir - ARAŞDIRMA
19:33 06.10.2026
Sağlamlıq
Yeni qatarlar Bakıda tıxacları azalda bilər - EKSPERT
19:27 06.10.2026
İnfrastruktur
Ayı qəbri qazaraq qadın meyitini apardı
19:15 06.10.2026
Hadisə
Ermənistan və Litva müdafiə sahəsində əməkdaşlıq edəcək
19:08 06.10.2026
Cənubi Qafqaz
Hörmüzdə ticarət gəmisi vuruldu: 12 yaralı
18:33 06.10.2026
Dünya