"Bəzi məmurlar uzun illər qabaq bəzi şəhid ailələrinə o vaxtkı pulla 50 min manat ödənilməsini bəhanə edərək, hazırda verilən məbləğdə yardımın onlara ayrılmamasını istəyirdilər. Lakin, burada adi məntiq hər şeyi göstərir.
"Prezident növbəti dəfə humanizm nümunəsini və xalqa qayğısını əyani şəkildə göstərdi”
09:23 29.01.2019
Arxiv
571
"Dövlət başçısı İlham Əliyev növbəti dəfə humanizm nümunəsini və xalqa qayğısını əyani şəkildə göstərdi”.
Bunu "Sherg.az”a açıqlamasında "Altay” Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib.
İqtisadçı ekspert bildirib ki, Prezidentin davranışı bəzi məmurlara, dövlət qulluqçularına da bir örnək olmalıdır:
"Bəzi məmurlar uzun illər qabaq bəzi şəhid ailələrinə o vaxtkı pulla 50 min manat ödənilməsini bəhanə edərək, hazırda verilən məbləğdə yardımın onlara ayrılmamasını istəyirdilər. Lakin, burada adi məntiq hər şeyi göstərir. O vaxtki 50 min manatın əmtəə dəyəri indiki pulla 110 manat edir, ya etmir. Yəni o vaxt həmin pula uzağı 11 kq. yağ almaq olardı. İndi verilən məbləğə isə 1100 kq yağ düşür. Bu halda, necə ola bilərdi ki, birinə 110 manat, o birinə 11 min manat ödənilsin? Bu, 100 dəfə fərq deməkdir. Bəzi məmurlar bu elementar məqamı belə bilmirlər. Əgər hər məsələ ilə şəxsən Prezident məşğul olacaqsa, o məmurlar nəyə lazımdır?”.
Ekspert bildirib ki, müharibədə həlak olmuş şəxslərin ailələrinə dövlətin əhəmiyyətli məbləğdə maliyyə köməyi göstərməsi təqdirəlayiqdir:
"Dövlətimiz onlara, müharibə əlillərinə və veteranlarına mənzil, avtomobil, torpaq sahəsi verir, müxtəlif güzəştlər müavinətlər ödəyir. Burada məqsəd həm həmin kateqoriyanın sosial rifahını yaxşılaşdırmaq, həm də cəmiyyətdə vətənpərvərlik ruhunun yüksəlməsinə səbəb olmaqdır. Vətən uğrunda döyüşən, əlil olan və həlak olanların ailələrinə dövlətin belə qayğısı əlbəttə, hamıda müsbət təəssürat yaradır. Vətəndaşlarda dövlətə inamı artırır. Ona görə də dövlət başçısının bu addımı cəmiyyətdə rəğbətlə qarşılanır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Kəpəz" "Turan Tovuz"u evdə məğlub edib
21:21 30.08.2026
Futbol
Politico: İslandiya Aİ-yə üzvlükdən balıqçılığa görə imtina edib
20:37 30.08.2026
Dünya
Leysan olacaq - XƏBƏRDARLIQ
19:37 30.08.2026
Ekologiya
Tramp Venesuela neftiylə ABŞ-ın Strateji Ehtiyatlarını bərpa edəcək
19:19 30.08.2026
Dünya
Maduro ABŞ-dəki həbsxanadan nəvələrinə və övladlarına foto göndərdi
19:00 30.08.2026
Dünya
Bu teleskop 2 milyard qalaktikanı müşahidə edəcək
18:42 30.08.2026
Dünya
Məsud Pezeşkian ŞƏT-in yubiley sammitində iştirak edəcək
17:50 30.08.2026
Aktual
Türkiyənin Qara dəniz sahillərində PUA tapıldı
17:33 30.08.2026
Son dəqiqə
Ancelina Coli Ukraynaya səfər etdi
16:25 30.08.2026
Şou
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
15:52 30.08.2026
Futbol
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb
15:06 30.08.2026
Son dəqiqə
Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
14:52 30.08.2026
Gündəm
Heyvanlara qayğı kütləvi maniyaya çevrilirsə... -ŞƏRH
14:04 30.08.2026
Sosial
Makronun reytinqi 21 faizə düşüb
13:30 30.08.2026
Dünya
Politoloq: Hindistan Rusiyanın enerji xilasına çevrilir
13:21 30.08.2026
Aktual