Prezident seçkilərini 894 beynəlxalq müşahidəçi izləyəcək




Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) və dairə seçki komissiyaları tərəfindən akkreditə olunmuş müşahidəçilərin sayı açıqlanıb.

MSK-nın Media və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, prezident seçkiləri ilə əlaqədar 894 beynəlxalq müşahidəçi akkreditə olunub.


Akkreditə olunmuş yerli müşahidəçilərin sayı isə 58 min 175 nəfərdir.