Prezident və xanımı yeni yolun açılışında - YENİLƏNİB
09:31 26.12.2016
Arxiv
389
Dekabrın 26-da Bakının Əzizbəyov rayonunda Qala-Pirallahı avtomobil yolunun ikinci hissəsinin açılışı olub.
Lent.az Azərtac-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
"Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, uzunluğu 21,6 kilometr olan Qala-Pirallahı avtomobil yolunun tikintisi layihəsinin 7 kilometrlik ikinci hissəsinin yenidən qurulması işləri tamamlanıb. Yolun inşası Prezident İlham Əliyevin sərəncamları ilə təsdiq edilmiş "Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”, həmçinin "Paytaxtın nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə əlavə Tədbirlər Planı” əsasında aparılıb.
Birinci texniki dərəcəli Qala-Pirallahı avtomobil yolunun 7 kilometrlik hissəsi 6 hərəkət zolaqlıdır. Hər bir hərəkət zolağının eni 3,75 metrdir. Ümumi eni 34 metr olan yolun kənarlarında piyadaların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi üçün səkilər inşa edilib. Asfalt-beton örtüklü yol boyunca drenaj xətti çəkilib. Marşrut avtobuslarının ümumi hərəkətə maneçilik törətməməsi üçün yol boyunca 14 dayanacaq inşa olunub. Tikinti işlərindən sonra zəruri olan yerlərə yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, yol-cizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılıb. Bütün işlər qrafikə uyğun, texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılıb. Layihənin reallaşdırılmasında əsas məqsəd həm şəhər mərkəzi, Mərdəkan və Bilgəh, həm də Qala və Pirallahı istiqamətlərində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətini təmin etməkdır.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Xatırladaq ki, yolun 4 hərəkət zolağından ibarət olan 14 kilometrlik hissəsi 2014-cü ilin oktyabr ayında istismara verilib. Yolun 6 hərəkət zolağından ibarət olan ikinci hissəsinin tikintisinə isə 2015-ci ildə başlanmışdı.
10:22
Dekabrın 26-da Qala-Pirallahı avtomobil yolunun ikinci hissəsinin açılışı olub.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da tədbirdə iştirak ediblər. "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlət başçısına məlumat verib.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Binə qəsəbəsinin Əli İsazadə küçəsində yenidənqurmadan sonra görülən işlərlə də tanış olublar.
"Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov küçədə görülən yenidənqurma işləri barədə dövlət başçısına məlumat verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğandan universitetlərə süni intellekt xəbərdarlığı
19:41 06.10.2026
Gündəm
Məktəb direktoru onkoloji xəstəlikdən vəfat etdi
19:37 06.10.2026
Hadisə
Qadınlar kişilərdən daha çox ağrı hiss edir - ARAŞDIRMA
19:33 06.10.2026
Sağlamlıq
Yeni qatarlar Bakıda tıxacları azalda bilər - EKSPERT
19:27 06.10.2026
İnfrastruktur
Ayı qəbri qazaraq qadın meyitini apardı
19:15 06.10.2026
Hadisə
Ermənistan və Litva müdafiə sahəsində əməkdaşlıq edəcək
19:08 06.10.2026
Cənubi Qafqaz
Hörmüzdə ticarət gəmisi vuruldu: 12 yaralı
18:33 06.10.2026
Dünya
ABŞ Afrikadan Kolumbiya və Ekvadora MQ-9 Reaper dronları göndərib
18:11 06.10.2026
Dünya
Rusiya Ukraynadan sonra Azərbaycana yönələ bilər - ŞƏRH
18:10 06.10.2026
Gündəm
Bakıda subasmalar davam edəcək: Ekoloqdan HƏYƏCAN təbili
17:53 06.10.2026
Aktual
İranda dollar yenidən kəskin bahalaşdı
17:35 06.10.2026
İqtisadiyyat