Professor: "Media təşkilatları jurnalistlərin hüquqlarını müdafiə etməlidir”
15:42 10.04.2018
Arxiv
2756
Xəbər verdiyimiz kimi, dünən səhiyyə naziri Oqtay Şirəliyevin göstərişi ilə "unikal.org"un əməkdaşı Famil Fərhadoğlu (İbrahimov) döyülüb. Hadisə səhiyyə nazirinin müavini Abbas Vəlibəyovun dəfn mərasimində baş verib. Yasamal qəbiristanlığında mərhumun dəfn mərasimini lentə alan həmkarımız F.Fərhadoğlu nazirlik işçilərinin hücumuna məruz qalıb. F.Fərhadoğlu üz və qol nahiyyəsindən xəsarət alıb. Həmçinin mobil telefonu əlindən alınaraq, sındırılıb.
Hadisə ilə bağlı KİV-lərdə xəbər yayımlandıqdan sonra Səhiyyə Nazirliyi dərhal açıqlama verib. Nazirlik baş verənlərin mərhum nazir müavininin qohumları tərəfindən törədildiyini bildirib.
Məsələ haqqında "Sherg.az”a danışan tanınmış jurnalist, BDU-nun professoru Qulu Məhərrəmlinin sözlərinə görə, məmurlarda təsəvvür formalaşıb ki, jurnalistlər yalnız onların iradələrinə tabe olmalıdır. O düşünür ki, uzun illər medianın cəmiyyətin həyatındakı rolunun, jurnalistlərin sərbəstliyinin məhdudlaşdırılması həmin məmurların davranışlarının nəticəsidir:
"Jurnalist öz vəzifəsini icra edirsə, onun informasiya alma prosesi hüquq çərçivəsində baş verirsə, jurnalistə qarşı zorakı addım atıla bilməz. Əvvəl müxtəlif media təşkilatları, Media Hüququ İnstitutu belə hallarda reaksiya verirdilər. Bu təşkilatların açıqlamaları ictimai rəyi formalaşdırırdı ki, jurnalistlərə qarşı zorakılıq addımları yolverilməzdir. İndiki halda da jurnalistlər özləri haqqında düşünməli, media təşkilatları həmkarlarımızın hüquqlarını müdafiə etməlidir”.
Qulu Məhərrəmlinin fikrincə, jurnalistlərə barmaq işarəsi ilə diktə edilsə, "onu etmə, bunu etmə”, deyə məhdudiyyətlər qoyulsa, müəyyən çərçivədə hansısa məmurların iradəsi ilə hərəkət edən sistem kimi baxılsa, deməli, mətbuatın gələcəyi ciddi təhlükə altında olacaq:
"Məmurlar jurnalistlərin məlumat toplaması, informasiyaları ictimaiyyətə çatdırması üçün şərait yaratmalıdırlar. "KİV haqqında qanun”a əsasən, jurnalistlərə belə təzyiq etmək, zorakılıq göstərmək qadağandır. Hər hansı məmur jurnalistə qarşı bu hala yol verərsə, qanun və ictimaiyyət qarşısında məsuliyyət daşıyır”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
Bakıdakı tıxac problemini kritik həddə çatıb - Hüquqşünas
16:02 15.09.2026
İnfrastruktur
Hakan Çalhanoğlu zədələndi
15:49 15.09.2026
Futbol
Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlanıb
15:44 15.09.2026
Hadisə
Bu il Azərbaycana 600-dən çox elektromobil idxal edilib
15:33 15.09.2026
İqtisadiyyat
Avropa Parlamenti Ermənistanla bağlı qərarı təsdiqlədi
15:32 15.09.2026
Gündəm
Skuterlə sərnişin daşımaq olmaz, bu qadağandır - Eldəniz Cəfərov
15:31 15.09.2026
Aktual
Əraqçi Pekinə gedəcək
15:26 15.09.2026
Dünya
Lukaşenko: Belarusda siyasi məhbus yoxdur
15:19 15.09.2026
Gündəm
Ərdoğan Azərbaycanı təbrik edib
14:55 15.09.2026
Gündəm
Nazir: Hakan Fidanın Azərbaycana səfəri tarixi günə təsadüf edir
14:31 15.09.2026
Gündəm
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət