Professor sərəncamı alqışlayır:"AZTV-nin rəhbərliyində son dərəcə ciddi bir mütəxəssis olmalı idi"
15:42 15.01.2019
Arxiv
652
"Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanovun vəzifəsindən azad edilməsinə dair sərəncamı alqışlayıram".
Bunu "Sherg.az"a BDU-nun professoru, tanınmış jurnalist Cahangir Məmmədli deyib. Professorun sözlərinə görə, son illər işə daha çox gənc kadrlar cəlb olunur ki, bu da olduqca doğru addımdır:
"Ona görə ki, gənclər daha enerjili, daha dinamik olur. Yeni texnologiyanı və yeni jurnalistikanın bütün prinsiplərini gənclər daha yaxşı bilir. Azərbaycan Televiziyası ölkə telemühitində çox vacib bir kanaldır. Buranın rəhbəri son dərəcə ciddi bir mütəxəssis olmalı idi. AZTV-də sədr vəzifəsinin icrası jurnalist Rövşən Məmmədliyə tapşırılıb ki, bu da məni sevindirir, məmnun edir.
Doğrudan da R.Məmmədli savadlı mütəxəssisdir. Onun apardığı verilişləri izləyənlər bilir ki, o, Azərbaycançılıq ideyasını çox mükəmməl şəkildə təbliğ edir. Onu yaxından da tanıyıram və kim olduğunu da bilirəm. R.Məmmədli Azərbaycana və Azərbaycançılıq ideologiyasına çox sadaqətli kadrdır. Bu mənada cənab Prezidentin məlum sərəncamından çox razı qaldım".
Qeyd edək ki, Prezident İlham Əliyev Arif Alışanovun "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Arif Nizam oğlu Alışanov "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilsin. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir. QSC sədri vəzifəsinin icrası jurnalist Rövşən Məmmədliyə tapşırılıb. R.Məmmədli indiyə qədər AzTV-də "Günün nəbzi” verilişinin aparıcısı olub.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi
Rusiya Ermənistanı yanacaq sazişlərini dayandırmaqla hədələyib
14:39 27.05.2026
Dünya
Paşinyan iddialı danışdı: Bu qərarı mən yox, xalq verəcək
14:07 27.05.2026
Cənubi Qafqaz
Əli Baqiri: İran və Oman Hörmüz boğazı ilə bağlı danışıqlar aparır
13:43 27.05.2026
Region
Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib
13:32 27.05.2026
Dünya
Sabahın hava proqnozu açıqlanıb
13:21 27.05.2026
Ekologiya
SEPAH: Müharibənin yenidən başlama ehtimalı azdır
13:10 27.05.2026
Gündəm