Növbəti amillərdən biri də beynəlxalq reytinq agentliyinin Venesuelada neft hasilatının azalması ilə bağlı olan açıqlamasıdır. Gözlənilir ki, ilin sonunda, yəni növbəti üç ay ərzində "qara qızıl"ın hasilatı 20 faiz azala bilər. Bu da bazarlarda neftin azalmasına gətirib çıxaracaq. Bütün bu amillər neftin qiymətini bahalaşdırır.
PROQNOZ: "Neftin qiyməti yenidən qalxa bilər" - Hasilat azalır, tələbat artır
14:41 17.09.2018
Arxiv
728
"Növbəti həftələrdə neftin qiyməti yenidən qalxacaq”
Bunu "Sherg.az”a iqtisadçı- ekspert Rəşad Həsənov bildirib.
Onun sözlərinə görə, "qara qızıl"ın qiyməti artan tendensiya üzrə davam edir:
"ABŞ-ın İrana qarşı sanksiyaları son vaxtlar neftin qiymətində müəyyən artımlar yaratdı. Hətta oktyabrın 4-də sanksiyanın tətbiqi qiymət trendində hərəkətlənməni dahada gücləndirəcək. ABŞ maliyyə departamenti İranın neft ixracını dayandırmaq niyyətindədir. Bu kimi faktorlar da qiymətlərə müsbət təsir göstərir.
Növbəti amillərdən biri də beynəlxalq reytinq agentliyinin Venesuelada neft hasilatının azalması ilə bağlı olan açıqlamasıdır. Gözlənilir ki, ilin sonunda, yəni növbəti üç ay ərzində "qara qızıl"ın hasilatı 20 faiz azala bilər. Bu da bazarlarda neftin azalmasına gətirib çıxaracaq. Bütün bu amillər neftin qiymətini bahalaşdırır. Qısa müddətli dövrdə "qara qızıl"ın qiymətinin enməsinə Dünya Enerji Agentliyinin 2019-cu ildən neftə tələbatın azaldılması haqqında olan açıqlaması şərait yaratdı. Agentlik növbəti il üçün istehsalın azaldılacağını bildirib. Bu da bazara sürətlə təsir edərək qiymətlərdə enmələr yaratdı. Amma növbəti həftələrdə qiymətin yenidən artması gözlənilir”.
Qeyd edək ki, Dünya birjalarında neftin qiyməti ucuzlaşıb. Londonun ICE ("InterContinental Exchange Futures”) birjasında "Brent” markalı neftin bir barrelinin qiyməti 0,09 dollar ucuzlaşaraq 78 dollar, Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange”) birjasında "Light” markalı neftin bir barrelinin qiyməti isə 0,08 dollar azalaraq 68,91 dollar olub.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət