“Sülh Platforması Ermənistanın bütün arqumentlərini əlindən alır”
“Proseslərə soyuqqanlı yanaşmaq lazımdır”
“Bakının küçələrində yumruq qaldırıb erməni döyən şəxsləri nə keçmiş dövrdə, nə də indi anlayıram. Onların qəhrəman olduğunu düşünmürəm”
“Sülh Platforması Ermənistanın bütün arqumentlərini əlindən alır”
“Sülh Platforması Ermənistanın bütün arqumentlərini əlindən alır”
Ermənistan-Azərbaycan Sülh Platformasının idarə heyətinin üzvü, tarixçi Artur Ağacanov deyib ki, Qarabağ Azərbaycanın ayrılmaz və unikal hissəsidir. Onun sözlərinə görə, Qarabağ ermənilərini azərbaycanlılardan ayıran amil sadəcə dil və dindir. Erməni tarixçi bildirib ki, Qarabağ ermənilərinin danışığında istifadə olunan sözlərin 15 faizindən çoxu Azərbaycan sözləridir:
"Bizi biri-birimizlə birləşdirən isə xarici görünüş, xarakter, psixologiyadır. Bizim xalqlar arasında çox sayda nikah olub. Mənim kimi, bir çox Bakı və Qarabağ ermənisinin də azərbaycanlılarla bağlı xoş xatirələri var. Azərbaycan xalqı hər zaman özünün tolerantlığı, bütün xalqlara hörmətlə yanaşmasına görə tanınıb. Biz inkişaf və sülh üçün vacib olan qonşuluq münasibətlərinə malik olmuşuq. Bu təcrübədən Qarabağda sülh və əmin-amanlığın bərpasına kömək üçün istifadə oluna bilər”. Xatırladaq ki, Sülh Platforması təsis olunandan bu günə kimi ölkəmizdə, qonşu Gürcüstanda bir neçə konfrans keçirilib. Platformanın erməni üzvləri dəfələrlə Bakıda səfərdə olublar və Sarkisyanın cinayətkar hakimiyyətini tənqid ediblər. Buna rəğmən Sülh Platformasına münasibət birmənalı olmayıb. Əksəriyyət Platformanın lazımlı və faydalı olduğunu desə də, müəyyən kəsim ermənilərin paytaxta ayaq basmasının belə əleyhinə olduğunu ifadə ediblər.
Məsələ ilə bağlı "Şərq”ə danışan politoloq Elçin Mirzəbəyli bildirib ki, Sülh Platformasının mənfi tərəflərindən danışmaq üçün ortalıqda konkret faktlar olmalıdır. Onun sözlərinə görə, indiyə qədər bu Platformaya üzv olan şəxslər Azərbaycanın ərazi bütövlüyü ilə bağlı təkcə Azərbaycanda deyil, eyni zamanda yaşadıqları ölkədə də birmənalı mövqe bildiriblər:
"Oxşar konfranslar Gürcüstanın paytaxtında keçirilib və orada lehimizə mövqe sərgilənib. Biz ərazi bütövlüyümüzü təmin etmək istəyiriksə, bütün istiqamətlərdə, o cümlədən informasiya müharibəsində üstünlüyü ələ almalıyıq. İndiki şəraitdə Platformaya təkcə xalq diplomatiyasının predmeti kimi yanaşmaq doğru olmazdı. Təbii ki, bu da xalq diplomatiyasının formalarından biridir. Amma eyni zamanda Azərbaycanın informasiya savaşında mövqelərini gücləndirən amillərdən biridir. Nəzərə alaq ki, Ermənistanın danışıqlar prosesində və beynəlxalq müstəvidə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı irəli sürdüyü ənənəvi arqumentlər var. Arqument odur ki, guya, "Azərbaycanda ermənilərə qarşı nifrət var. Bu baxımdan Qarabağ Azərbaycanın tərkibində olarsa, o zaman orada yaşayan erməniləri böyük təhlükə gözləyər”.
Sülh Platforması və ona bənzər mexanizmlər Ermənistanın bütün arqumentlərini əlindən alır. Məlumdur ki, Ermənistan işğal faktını Dağlıq Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi baxımından qiymətləndirməyə çalışır. Lakin dünyanın müxtəlif yerlərində görülən çoxsaylı işlər nəticəsində ermənilərin arqumentinin ciddi əhəmiyyəti qalmayıb. Bununla yanaşı, paralel olaraq Platformanın da fəaliyyəti normal qarşılanmalıdır”.
E.Mirzəbəyli vurğulayıb ki, proseslərə soyuqqanlı yanaşmaq lazımdır. Bakının küçələrində yumruq qaldırıb erməni döyən şəxsləri nə keçmiş dövrdə, nə də indi anlayıram. Onların qəhrəman olduğunu düşünmürəm.
Çünki ermənilərlə döyüşməyin yeri səngərdir. Ölkəmizin kifayət qədər güclü ordusu var. Bütün istiqamətlərdən və mümkün sahələrdən istifadə etməliyik. İmkan verməli deyilik ki, hansısa istiqamətdə boşluq yaransın. Bizim olmadığımız sahədə yerimizi ermənilər və ya başqa qüvvələr tutacaq ki, bu da maraqlarımıza uyğun deyil. Sözün açığı, bundan qəzəblənənləri başa düşmürəm. Belə təfəkkürlə və şüurla cəmiyyəti inkişafa aparmaq olmaz. Ermənistan bizim düşmənimizdir, torpaqlarımızı işğal altında saxlayır.
Amma biz eyni bölgədə yaşayırıq. Nə zamansa sülh olsa, xalqlarımız birgə, yanaşı yaşamaq məcburiyyətində qalacaq. Yaxşı, bunu qəbul etməyən qüvvələr alternativ olaraq ortaya nə qoyurlar? Vurğulayım ki, bəzən etirazçı insanların kürəyinin arxasından İran kimi ölkələr çıxır. Halbuki bu gün Ermənistana ən böyük dəstək verən, düşmən ölkəni blokada şəraitindən çıxaran məhz İrandır. Platformanı süngü ilə qarşılayanlar İrana etiraz edə, irad bildirə bilmirlər. Demirlər ki, dünyanın o başında Fələstini müdafiə edirsən, amma düz yanında olan Qarabağ problemini görmürsən. Məncə, burada qəhrəmanlıq etmək, absurd fikirlər irəli sürmək mənasızdır”.
İsmayıl