Bütün bu suallar ətrafında "Sherg.az”a danışan psixoloq Fərqanə Mehmanqızı Birləşmiş Psixoloqlar Assosiasiyasının rəylərini diqqətə çatdırıb. O deyib ki, demək olar ki, bütün psixoloqlar eyni düşünür: bu artıq xəstəlikdir:
Psixoloqdan SOS: "Artıq hər şey sosial şəbəkədir !” - Aqressiya
"Bu asılılıq isə canlı yayımların çoxalmasına, hər dəqiqə selfi paylaşılmasına, sağdan, soldan şəkillər çəkilməsinə gətirib çıxarır""Bu gün robotlaşma gedir, duyğular məhv olur. Nəticədə insan depressiyaya düşür"
Bütün bu suallar ətrafında "Sherg.az”a danışan psixoloq Fərqanə Mehmanqızı Birləşmiş Psixoloqlar Assosiasiyasının rəylərini diqqətə çatdırıb. O deyib ki, demək olar ki, bütün psixoloqlar eyni düşünür: bu artıq xəstəlikdir:
"Deyirlər ki, şəhərdə insanların üzündən zəhrimar yağır"
Son illər texnologiya aşırı dərəcədə inkişaf edib. Bu yaxşı əlamətdir. Lakin bir "əmma” var; bu texnologiya inkişaf etdiyi qədər də həyatımıza daxil olub, az qala asılılıq yaradıb. Söhbət mobil cihazlardan, telefonlardan və sosial şəbəkələrdən gedir.
Bu gün demək olar, 7-dən 77-yə hər kəsin – yeniyetmələrin, gənclərin, yaşlı insanların, yetkinlərin müxtəlif sosial şəbəkə hesabları var. Bir növ dəb halını alan bu axının cəmiyyətə, insanların psixologiyasına mənfi təsirləri isə saymaqla bitmir.
Biz şəkillər paylaşırıq, az qala hər getdiyimiz məkandan canlı yayım edirik, hisslərimizi statuslarımızda ifadə edərək, sosial şəbəkələrdəki dostlarımızla bölüşürük. Hətta mobil cihazların, sosial şəbəkələrin mənfi təsirlərini əzbərdən bildiyimiz halda bunlardan qopa bilmirik.
İnsanların telefon aludəçiliyi, selfi və canlı yayım tutqusu haqqında həm beynəlxalq, həm də lokal səviyyələrdə psixoloqlar, sosioloqlar, həkimlər, müxtəlif digər peşə sahibləri tərəfindən çox geniş müzakirələr aparılıb. Bəs ümumi nəticə nədir? Mobil cihazlar, sosial şəbəkələr sağlamlığımız, psixologiyamız üçün təhlükəlidirmi? Niyə bu alışqanlıqlarımızdan vaz keçə bilmirik?
Bütün bu suallar ətrafında "Sherg.az”a danışan psixoloq Fərqanə Mehmanqızı Birləşmiş Psixoloqlar Assosiasiyasının rəylərini diqqətə çatdırıb. O deyib ki, demək olar ki, bütün psixoloqlar eyni düşünür: bu artıq xəstəlikdir:"İnsanlar var həqiqətən sağdan, soldan, yuxarıdan, aşağıdan bir dəfəyə on şəkil çəkib, paylaşırlar. Bu hansı beyinin məhsuludur? Xüsusilə, "İnstagram”da eyni duruşlu şəkillər, bir saniyə dəyişimlə fotolar paylaşırlar. Bütün bunlar özgüvənsizliyin göstəricisidir. Onlar "mən varam” demək üçün belə edir. Hər kəs nail olduğu hər hansı uğurla yaxşı mənada özünü göstərir. Sosiallaşmaq, özünü cəmiyyətə sübut etməyə çalışmaq insan xislətində görünən bir şeydir. Bu, həmişə olub və olacaq. İnsanlar özünü özünə təsdiq etməyə də böyük ehtiyac duyur. 2-3 yaşında körpə uşaqlar belə "mənimdi” deyir. Bununla uşaq "mən varam” deyir, özünü göstərmək istəyir. Uşaqlar bəzi yerlərdə, 4-5 nəfərlik məclislərdə diqqətdən kənar qalırsa, müxtəlif obrazlarla – nadincliklə, ağlamaqla, şirinlik etməklə özünü həmin qrupda göstərir. Bu xislətdən yan qaçmaq mümkün deyil”.
Psixoloqun sözlərinə görə, sosial şəbəkələrin, internetin, elektron cihazların verdiyi imkanlar daxili aləmimizi o qədər geniş əks etdirir ki, insanlar maskalarını bir müddət gizlədə bilir:
"Məsələn, şad, yaxud kədərli bir şey hiss edən kimi sosial şəbəkədə yazır, paylaşır, daxili aləmlərini göstərirlər. Yaxud bir az debata girib, müzakirə aparan kimi fikirlərinə əks olan yazılara qarşı tez aqressiya göstərirlər.
Bu gün sosial şəbəkələr tərəfindən sosiallaşmanın verdiyi rahatlıq insanları özlərini yaxşı mənada yığışdırmağa imkan vermir. Yəni daxili aləmlərini korreksiya etmək, etik qaydalara uyğun həyat tərzi keçirmək baş vermir. Bu isə korreksiya olunmamağa, sosial şəbəkədə etikasız davranışlara gətirib çıxarır. Sanki sosial şəbəkədə tanımadığın adama salam verirsən, danışırsan. Bu, ona gətirib çıxarır ki, rahat şəkildə adi həyatda bir insanla münasibət qurub, rahat hərəkət edirsən”.
Deyirlər, şəhərdə insanların üzündən zəhrimar yağır. Sosial şəbəkədə də elədir. Bir insana toxunursan, o dəqiqə aqressiya yaranır. Bunlar hamısı düzəlməmiş eqonun nəticəsidir.
Niyə hansısa restorana gedib, yemək yeyəndə canlı yayım edirlər? Gəzməyə gedəndə canlı yayım edirlər. Toya gedirlər, konsertlərə gedirlər, filmə baxırlar, canlı yayım edirlər. Bu isə insanların hiss etmək, dinləmək, duyduğu musiqinin və ya hər hansı mədəniyyət nümunəsinin zövqünü yaşamağı əlindən alır.
Biz konsertə niyə gedirik? İstirahət etmək, mənəvi rahatlanmaq, gündəlik yorğunluğumuzdan qurtarmaq üçün. Canlı yayım etməklə isə yenə özümüzü göstərmiş oluruq - "baxın mən konsertdəyəm, canlı musiqi dinləyirəm”. Sanki heç bir şeyi özümüz üçün etmirik, hər şey başqalarına nümayiş etdirmək üçündür.
"Mən Alim Qasımovun canlı konsertinə getmişdim” – canlı yayım, "Filan restoranda toydayam” – canlı yayım, "mən bu paltarları geyindim” – sağdan, soldan selfilər, şəkillər sosial şəbəkələrə qoyulur. Kimə təsdiq edirsən özünü? İnsanlar bir-birləri ilə o qədər rəqabət aparmağa çalışır ki, hətta yataqlarında, adi söhbətlərində də özünü göstərir. Paylaşımlar artıq "uğur əldə etdim, təqdirəlayiq addım atdım” formasından çıxıb. Ən adi şeyləri reklam etməyə çalışırlar. Artıq hər şey sosial şəbəkədir”.
Xüsusilə qadınların şəxsi məsələlərini qadın qruplarında aşırı dərəcədə bölüşdüyünü diqqətə çatdıran F.Mehmanqızı insanların bu qədər "azğınlaşmasını” təhlükəli hesab edir:
"Qadınlar 20 minlik qrupda şəxsi həyatlarını yazırlar, hər yaşadıqlarını paylaşırlar. Aşırı dərəcədə açıq yaşayırlar. Bunun heç bir Qərb mədəniyyəti ilə, müasirliklə əlaqəsi yoxdur. Sadəcə öz etika qaydaları korreksiya etməməklə əlaqəlidir.
Düzdür, paylaşmaq lazımdır. Amma bu paylaşım insanın hər an təsdiqi üçün deyil. Sadəcə gözəl olan özəl şeyləri paylaşmaq yaxşıdır.
Amma bu gün hər hansı məclislərdə, istirahət üçün getdiyimiz yerlərdə hər etdiyimiz canlı sosial şəbəkələrə çatdırılırsa, bu o demək deyil ki, ruhumuz dincəlmir, istirahətimiz yoxdur. Bəzilərinin sadəcə görüntüsü var və bunu içdə yaşamır. Psixoloji cəhətdən rahatlanmasaq, heç vaxt içdən gülüb, xoşbəxt ola bilmərik. Həyatımızın müəyyən dövrlərini şkala kimi yuxarı-aşağı yaşayırıq ki, yaşadığımızı hiss edək. Əşya deyilik ki, heç nə duymayaq, həmişə eyni durum olsun. Amma bu gün robotlaşma gedir, duyğular məhv olur. Nəticədə insan depressiyaya düşür.
Hansı insanlar ki, mən özüm üçün yaşayıram, ətrafın fikrini önəmsəmirəm deyirsə, ən çox o insanlar ətrafdan hətta depressiyaya düşüb, intihar edəcək qədər asılıdırlar. Bu asılılıq isə canlı yayımların çoxalmasına, hər dəqiqə selfi paylaşılmasına, sağdan, soldan şəkillər çəkilməsinə gətirib çıxarır. Əslində xoşbəxt insanların öz xoşbəxtliklərini həddindən artıq paylaşmağa ehtiyacları yoxdur. Xoşbəxt insanlar bunu etmir.
Eləcə də bəd hadisə baş verəndə, kədərə qapılanda onu elan etmək real kədərin göstəricisi deyil. Sadəcə "mən kədərliyəm” deyə aura yaradır, insanların yazığı gəlsin deyə paylaşırlar. Bu yazılmış, yaxud yazılmamış insan psixologiyasının statistikasıdır”.
Aysel Aslan