Putin: “10 noyabr bəyanatının böyük hissəsi reallaşdırılıb”
12:25 27.01.2021
Arxiv
475
“Biz hökumətlər olaraq birlikdə problemlərə reaksiya verməliyik. Bu, regional münaqişələrin həllinə töhfə verməyə, müttəfiqliklər qurmağa, enerji dəhlizlərinin yaradılmasına, nəqliyyata və digər məsələlərə töhfə verə bilər. Yəni, bu hər kəsin xeyrinə olar”.
APA-nın xəbərinə görə, bunu bu gün Rusiya Prezidenti Vladimir Putin Davos İqtisadi Forumunda videokonfrans formatında çıxışı zamanı deyib.
O bildirib ki, birgə səylərin göstərilməsi üçün böyük potensial mövcuddur: “Çoxtərəfli yanaşma müsbət nəticələr verir. Nümunə olaraq Astana platformasını göstərmək olar. Rusiya Suriyada vəziyyətin stabilləşməsi üçün Türkiyə və İranla birlikdə səylər göstərib. Suriyada siyasi dialoqun qurulması üçün səylər göstərmişik”.
V. Putin qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi çərçivəsində hərbi əməliyyatların dayandırılması üçün də Rusiya vasitəçi kimi səylər göstərib və bu, kifayət qədər uğurlu olub: “Azərbaycan və erməni xalqları Rusiyaya yaxın xalqlardır. Biz onlara kömək etmək istəyirik. Yenidən vurğulayım ki, biz bu münaqişədə əsas format olan ATƏT-in Minsk Qrupu formatını izlədik. Bu formatda 3 ölkə var. Bu geniş əməkdaşlıq üçün gözəl modeldir. Noyabrda Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli bəyanat imzalandı. Bu bəyanatın böyük hissəsi reallaşdırılıb. Biz qan tökülməsini dayandırmışıq. Bu, ən vacib nəticədir. Biz döyüşlərin dayandırılmasına və stabilliyə nail olduq. Artıq bu ölkələr normal vəziyyətinə dönür. Hazırda bu ölkələrin humanitar yardıma ehtiyacı var. Evlərini tərk etmiş insanlar geri qayıtmalı, infrastruktur bərpa olunmalı və s. işlər görülməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron həyat yoldaşı ilə birlikdə Ermənistana səfər edəcək
21:14 30.04.2026
Dünya
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
20:11 30.04.2026
Cəmiyyət
Sumqayıtda beş min abonent SUSUZ QALACAQ
19:59 30.04.2026
Sosial
Kamran Əsədovun məhkəməsi keçirilib
19:22 30.04.2026
Hadisə
Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində 17 nəfər ölüb
19:15 30.04.2026
Dünya
Dağıstanın rəhbəri dəyişir
19:07 30.04.2026
Dünya
CNN: ABŞ viza qaydalarını sərtləşdirir
19:00 30.04.2026
Dünya
Kreml: Putin Trampı 9 May Moskva paradına dəvət etməyib
18:52 30.04.2026
Dünya
Peskov açıqladı: Atəşkəs qərarı birtərəfli şəkildə icra olunacaq
18:50 30.04.2026
Gündəm
Bakı uyğun bilsə, Ərdoğan İrəvana gedər - TÜRK EKSPERTDƏN RƏY
18:22 30.04.2026
Gündəm
Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
18:17 30.04.2026
Gündəm
Hipertenziya ilə hipertoniya eyni deyil - Vaqif Qarayev
18:12 30.04.2026
Sağlamlıq
Milli Məclisin sədri Britaniya səfiri ilə görüşüb
17:48 30.04.2026
Gündəm
Okamponun açıqlamaları ciddi suallar doğurur - ŞƏRH
17:42 30.04.2026
Siyasət