Putin Amerika diplomatlarını qovmur, əvvəzində uşaqlarını Kreml Yolkasına dəvət edir

"Elə indicə alınan xəbərə görə, Putin Obamanın 35 diplomatı ABŞ-dan qovmaq qərarını cavabsız buraxır. Əvəzində Amerika diplomatlarının uşaqlarını Kreml Yolkasına dəvət edir". sherg.az xəbər verir ki, bu haqda bbc-nin keçmiş əməkdaşı Zülfüqar Rüfətoğlu özünün feysbuk hesabında yazıb. O, daha sonra qeyd edib:
 "Əla gedişdir, söz yoxdur. Bunlar bu saat əlimyandıda Trampı gözləyirlər. Məqsədləri də aydındır. Minimum plan Rusiyanı lider etmək, maksimum plan SSRİ-ni bərpa etmək. Yəni, Tramp bunlara torpaq qamarlamaqda guya mane olmayacaq. Amma mən ümumən Rusiyanın ABŞ-dan ağıllı olduğuna inanmıram".