"Karlovun öldürülməsi Türkiyə ilə əlaqələrimizə zərər verməyəcək"
"Sanıram, keçmiş ABŞ prezidenti Ronald Reyqan məzarı da tərs dönməz, partiyasının qazandığı üçün xoşbəxt olar"
Rusiya prezidenti Vladimir Putin ənənəvi illik böyük mətbuat konfransında Ankaradakı səfir sui-qəsdini yaxından izləyəcəklərini söyləyib. O, "Bu sui-qəsd Türkiyə ilə əlaqələrimizə zərər verməyəcək" deyib.
Rusiya lideri, Moskvanın ABŞ-dakı seçkilərə qarışdığı iddiası ilə bağlı suala "Rusiya və ABŞ arasında əlaqələr qurmaq üçün yaxşı bir təmələ sahibik. Sanıram, keçmiş ABŞ prezidenti Ronald Reyqan məzarı da tərs dönməz, partiyasının qazandığı üçün xoşbəxt olar" sözləriylə cavablayıb.
Rusiya lideri, mətbuat konfransında dünya gündəmini dəyişdirəcək şərhlər verib.
ABŞ seçkilərinə Rusiyanın müdaxil olduğu istiqamətindəki sualı cavablayan rus lider, bu ifadələrdən istifadə edib:
"ABŞ-da vəzifəsi tamamlanmaq üzrə olan rəhbərlik və Demokrat Partiyasının bütün müvəffəqiyyətsizlikləri üçün xarici faktorları önə çıkirlər. Bunları mənmi etdim? Bunlar, sistematik problemlərdir. Respublikaçı seçicilərdən bir çoxunun Rusiya dövlət başçısını dəstəkləməsi, bəzi amerikalıların qlobal məsələlər və ənənəvi dəyərlər mövzusunda bizim fikirlərimizi paylaşdığını göstərir. Rusiya və ABŞ arasında əlaqələr qurmaq üçün yaxşı bir təmələ sahibik. Sanıram, keçmiş ABŞ prezidenti Ronald Reyqan məzarı da tərs dönməz, partiyasının qazandığı üçün xoşbəxt olar."
"İSTİNTAQI YAXINDAN İZLƏYƏCƏYİK"
Putin, Ankaradakı səfirə sui-qəsdi yaxından izləyəcəklərini söyləyib. Rus lider, "Rusiya, Ankara səfiri Andrey Karlovun öldürülməsiylə əlaqədar istintaqda hər şeyin ortaya çıxarılmasını yaxından izləyəcək. Karlovun öldürülməsi Rusiyanın Türkiyə ilə əlaqələrin pozulmasına yönəlmiş bir hərəkət idi. Rus təyyarəsinin vurulmasından sonra bu əmri verənlərin məqsədin əlaqələri pozmaq olduğu istiqamətindəki şərhlərə şübhəylə baxırdım. Lakin artıq bununla razılaşmaq məcburiyyətindəyəm.