"Putin "yox" deyəcək" - Deputat



"Dağlıq Qarabağ mövzusu mütləq müzakirə olunacaq”.

Bunu Sherg.az-a bu gün Soçidə keçiriləcək Rusiya və Azərbaycan prezidentlərinin görüşü haqqında danışarkən millət vəkili Araz Əlizadə deyib. 

O bildirib ki, müzakirə olunacaq digər məsələlər haqqında məlumat verilməyib:

"Qalan hansı mövzuları danışacaqlar bunu ancaq prezidentlər özləri bilir. Ola bilər, onlar digər mövzular haqqında müzakirə aparacaq, lakin məlumat verməyəcəklər.

Dağlıq Qarabağ ətrafında aparılacaq müzakirələrə gəlincə, prezident İlham Əliyev istəyəcək ki, nəhayət ermənilər ağıllandırmaq üçün Putin icazə versin. Putin isə cavabında "yox"deyəcək"

Qeyd edək ki, görüş axşam saatlarında Soçidə baş tutacaq.

Aysel Aslan