Onlar bunu inkar etsələr də, amma fakt faktlığında qalırdır ki, İdlibdə Türkiyə qüvvələrinə təyziqlər olub. Tehran görüşündən sonra Rusiya Suriyada Bəşər Əsəd müxalif olan qüvvələrə qarşı hərbi əməliyyatlar keçirdi. Orda bir çox dinc əhali qırıldı.
Putinlə Ərdoğan nəyi müzakirə edəcək ? - PƏRDƏARXASI
12:31 17.09.2018
Arxiv
791
"Soçidə İdlib məsələsi müzakirə olunacaq”
Bunu "Sherg.az”a Rusiya - Türkiyə prezidentlərinin Soçi görüşünü şərh edərkən politoloq Sədrəddin Soltan bildirib.
Onun sözlərinə görə, Rusiya, Türkiyə və İran liderlərinin Tehran görüşündə İdlib məsələsi haqqında bir sıra müzakirələr aparılıb:
"İdlibin Türkiyəyə qarşı qüvvələrin əlinə keçməsi onun təhlükəsizliyinin pozulmasıdır. Hələ ötən il Türkiyə, İran və Rusiya İdliblə bağlı birgə çıxış ediblər. Hətta Türkiyə İdlibə müşahidəçi qrup da yerləşdirmişdi. Sonradan Rusiya və İran tərəfindən orada yerləşdirilmiş qrupa zərbələr endirildi.
Onlar bunu inkar etsələr də, amma fakt faktlığında qalırdır ki, İdlibdə Türkiyə qüvvələrinə təyziqlər olub. Tehran görüşündən sonra Rusiya Suriyada Bəşər Əsəd müxalif olan qüvvələrə qarşı hərbi əməliyyatlar keçirdi. Orda bir çox dinc əhali qırıldı. Bu da Türkiyəni ciddi şəkildə narahat edir. Hesab edirəm ki, bu görüşdə əsasən İdlib məsələsi müzakirə olunacaq. Çünki İdliblə bağlı ABŞ-ın Qərbdə olan müttəfiqləri də çıxış edib. Bundan əlavə, orada Bəşə Əsəd tərəfdarları kimyəvi tərkibli silahlardan istifadə ediblər.Bununla bağlı ABŞ tərəfdarları Bəşər Əsəd qüvvələrini də bombalaya bilər. Ötən il Rusiya da İdlib ətrafında belə bir addım atmışdı. Rusiya İdliblə bağlı hümanist addım atacağnı bildirib.
Oradakı dinc əhalinin çıxıb getməyini istəyir. Amma bir əyalətin bombalanması o qədər də asan məsələ deyil. Bunun öhdəsindən çətin gəlinəcək. Çünki orada bir çox maraqlar toqquşur. O maraqların toqquşması da ziddiyətli məsələlərin yaranmasına səbəb olur. Həmin ziddiyətli məsələlər də müttəfiq dövlətlər arasında fikir ayrılıqları yaradır. Məncə, Soçidə həmin fikir ayrılıqları da müzakirə olunacaq”.
Qeyd edək ki, bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında Soçidə görüş başlayıb.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət