Sahib Alıyev: “Sadəcə, Rusiyanın bu addımı təəccüb doğurur”
Qafqazda rus-erməni birləşmiş ordusu Qarabağı düyünə salacaq
Mübariz Əhmədoğlu: “Rusiya Dağlıq Qarabağ məsələsində geri çəkiləsi deyil, sadəcə Ermənistana təzyiqlərini artırmaq istəmir”
Sahib Alıyev: “Sadəcə, Rusiyanın bu addımı təəccüb doğurur”
Sahib Alıyev: “Sadəcə, Rusiyanın bu addımı təəccüb doğurur”
Rusiya və Ermənistan Qafqazda birləşmiş qoşun formalaşdırır. Rusiya Prezidenti Vladimir Putinin hökumətin Rusiya Federasiyası və Ermənistan arasında Silahlı Qüvvələrin birləşdirilmiş qrupunun yaradılması haqda təklifi dəstəklədiyi öz əksini tapıb.Bununla bağlı Rusiya Prezidentinin sərəncam imzaladığı bildirilib. Ermənistan tərəfilə danışıqlar aparmağı və Rusiya Federasiyası adından sazişi imzalamağı müvafiq strukturlara tapşırıb.
Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan Rusiyanın bu addımı haqlı
olaraq Azərbaycanda müəyyən narazılıqlara səbəb olub.
İddialara görə, ta ən başından Dağlıq Qarabağ məsələsində Ermənistanı himayə edən Kreml
bütün vasitələrdən istifadə edərək status-kvonun saxlanılmasına çalışır. Təsadüfi deyil ki,
Azərbaycanla Ermənistan arasında aprel ayındakı döyüşlərin 4 gündən çox uzanmamasının
səbəbkarı da məhz Rusiya idi. Kreml müharibənin uzanmasından narahat olaraq hər iki tərəfi
atəşkəsə yenidən riayət etməyə çağırdı. Halbuki, Azərbaycan ordusunun daha uzun məsafələrə
irəliləməsi imkanları var idi. Buna rəğmən Azərbaycan cəmiyyətində belə bir rəy formalaşdı kı,
regionda sülhün bərqərar olmasında maraqlı olan Rusiya hərbi toqquşmalar genişlənməsin deyə
Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirəcək. Amma proseslərin sonrasında bu
proqnozlar özünü doğrultmadı. Biz Kremlin Ermənistanı bir neçə rayonu boşaltmağa vadar
edəcəyini gözlədiyimiz halda Rusiya Ermənistana "TOS” tipli ağır odsaçan silahlar və "İsgəndər
M” və digər taktiki raketlər göndərdi ki, hərbi balansda Ermənistan Azərbaycana məğlub
olmasın. O cümlədən də, Ermənistanın hava hücumundan müdafiə sistemi bütünlüklə Rusiyaya
tabe etdirilib və hava hücumundan müdafiə sisteminin qurulması Rusiya mütəxəssisləri
tərəfindən aparılır. Neçə illərdir Rusiyanın bu və ya digər formada Ermənistanı silahlandırması
azmış kimi Putin indi də Ermənistanla birgə qoşun birlikləri yaratmaq haqqında sərəncam
imzalayıb. Qurulacaq ordunun əsas vəzifəsinin bu iki ölkədən birinə silahlı hücumu ediləcəyi
halda sərhədləri qorumaq olduğu bildirilib. Guya ki, bu günə qədər Ermənistanın sərhədlərini
Rusiya qoşunları qorumurdu. Azərbaycana qarşı atılan bu addımlar fonunda Minsk Qrupunun
həmsədr ölkələrindən biri olan Rusiyanın Dağlıq Qarabağ münaqişəsində Ermənistanı
dəstəklədiyi gün kimi aydındır. Görünən odur ki, Rusiya regiondakı maksimal təsirini saxlamaq
üçün hələ uzun müddət Qarabağ münaqişəsinin dondurulmuş vəziyyətdə qalmasında israrlı
olacaq. Bəs, belə olan halda Azərbaycan nə etməli?
Ümumilikdə isə Rusiya və Ermənistan qoşunlarının birləşmiş qruplaşmasının yaradılması Dağlıq
Qarabağ münaqişəsinə necə təsir göstərəcək?
Qafqazda birləşmiş qoşun formalaşdırılması məsələsinin Ermənistanın təşəbbüsü olduğunu
vurğulayan Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz
Əhmədoğlunun sözlərinə görə, Ermənistan bununla özünün Rusiyaya daha yaxın olduğunu
göstərməyə çalışır. Tarixdən buna 2 misal göstərən politoloq deyib ki, 1992-ci ildə Azərbaycan
ordusu artıq Xankəndinin bir neçə kilometrliyində idi. Ermənilər özlərini Rusiyanın strateji
müttəfiqi adlandırmalarına baxmayaraq o vaxta qədər sovet ordusunu faktiki Ermənistandan
qovub çıxarmışdılar. Yəni Ermənistanda sovet ordusu demək olar ki, qalmamışdı.M.Əhmədoğlunun sözlərinə görə, elə ki, Azərbaycan tankları Xankəndinin ətrafına yaxınlaşdı,
Ermənistanın ovaxtkı Prezidenti Levon Ter-Petrosyan Moskvaya qaçdı: "Petrosyan Rusiya
Prezidenti Boris Yeltsinin qarşısında diz çökdü və yalvardı ki, Rusiya hərbi bazasını
Ermənistana qaytarsın. 102-ci hərbi baza o vaxt həmin səbəbdən Ermənistana qayıtdı. 2010-cu
ildə isə Rusiyanın Prezidenti Dmitri Medvedyev idi, onun Azərbaycana, xüsusən Prezidentə xoş
münasibəti heç kəsə sirr deyil. Medvedyev çox azərbaycanpərəst siyasət aparırdı. M.Əhmədoğlu
vurğulayıb ki, Medvedyev 2009-cu ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı
hazırlanmış "Yenilənmiş Madrid Prinsipləri”nin müəllifi idi. Ermənilər gördü ki, Rusiya
tamamilə azərbaycanpərəst siyasət aparır. Ona görə də onlar 2010-cu ildə məsələ qaldırdılar ki,
Rusiyanın Ermənistandakı hərbi bazasının mövcudluğu 25 ildən 49 ilədək qaldırılsın və o vaxt
belə qərar imzalandı. Bu da ermənilərin təşəbbüsü idi”.
Rusiyanın Qarabağ məsələsində Ermənistana sərt sözlər dediyini vurğulayan politoloq hesab
edir ki, yaxınlarda Rusiyanın Dağlıq Qarabağa nəql edilən qazı dayandırması da gözləniləndir:
"Görünür, bunun qarşısını almaqdan ötrü ermənilər ruslara yalvarıblar ki, biz ordumuzu sizin
tabeliyinizə veririk.
Ola bilər ki, bu qoşunun başında erməni generalı dayansın. Lakin ümumilikdə bu birləşmiş
qoşun Rusiyanın qoşunu hesab ediləcək”.
Rusiyanın Qarabağ məsələsində Ermənistana təzyiqi artdıqca, Ermənistanın dövlət
suverenliyinin, hərbi siyasətinin böyük qismini Rusiyaya güzəştə getdiyini deyən M.Əhmədoğlu
hesab edir ki, Rusiya Dağlıq Qarabağ məsələsində mövqeyini dəyişməyəcək: "Rusiyanın ATƏTdəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç çox vacib bəyanat verdi ki, Vyana və SanktPeterburq razılaşmalarına tam əməl edilməlidir. Bu o demək deyil ki, Vyana və SanktPeterburqda tək bir qərar qəbul edilib ki, Kasprşikin missiyası genişləndirilsin, insidentlərin
tədqiqi mexanizmi yaradılsın. Vyanada qərara gəlindi ki, Beynəlxalq Qızıl Xaç Komitəsi xətti ilə
itkin düşənlərin sayı müəyyənləşdirilsin, ermənilər isə buna razı deyil. Həmçinin SanktPeterburqda razılaşdırıldı ki, 5 rayon qaytarılsın, kommunikasiya yaradılsın”.
M.Əhmədoğlunun sözlərinə görə, indi ermənilər və ATƏT-in Minsk Qrupu ancaq Anjey
Kasprşikin missiyasının genişləndirilməsini, insidentlərin tədqiqi mexanizminin yaradılmasını
üzdə saxlayır:
"Hesab edirəm ki, Rusiya Dağlıq Qarabağ məsələsində geri çəkiləsi deyil, sadəcə
Ermənistana təzyiqlərini artırmaq istəmir. Rusiyanın Qarabağ məsələsindəki mövqeyi
ermənilərin xeyrinə deyil, Azərbaycanın xeyrinədir”. Sözügedən saziş məsəlində Rusiyanın tam
fərqli maraqlarının olduğunu vurğulayan politoloq deyib ki, son zamanlar Gürcüstanda ABŞ və
NATO qüvvələri xeyli aktivləşib. Batumi və Poti limanında NATO-nun hərbi gəmiləri var. Hər
3-4 aydan bir NATO Gürcüstanda təlim keçirir. Gürcüstan artıq rəsmən müraciət edib ki, ABŞ
orada baza yaratsın. Onları qorxutmaqdan ötrü Rusiya göstərir ki, yeri gəlsə, mən yox,
Ermənistan Gürcüstana müharibə elan edə bilər. Sənədin mahiyyəti budur”.
Millət vəkili Sahib Alıyev isə deyib ki, Rusiyanın istənilən şəkildə işğalçı Ermənistanı
silahlandırması və ermənilərlə birlikdə birləşmiş qoşun formalaşdırması təəssüf doğurur:
"Həm Rusiyanın işğalçı Ermənistanı təmənnasız olaraq silahlandırması, həm də bu sazişi imzalaması
onun vasitəçiliyinə kölgə salır. Rusiya Prezidentinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan
prezidentlərinin Moskvada keçirilən görüşündə erməni tərəfə işğal edilmiş torpaqları tərk etmək
təklif edilib. Lakin Ermənistan təklifi rədd edib. Necə olur ki, bir tərəfdən işğalçıdan torpaqların
boşaldılmasını tələb edəsən, digər tərəfdən ordu qüvvələrinin birləşdirilməsi haqqında sərəncam
imzalayasan. Təbii ki, düşmənin silahlanması və rus ordusu ilə birləşməsi onları xilas
etməyəcək. Azərbaycanın əlində Ermənistana verilən silahları zərərsizləşdirmək üçün yetərincə
hərbi-texniki vasitələri var. Sadəcə, Rusiyanın bu addımı təəccüb doğurur”. Azərbaycanla
Rusiya münasibətlərinin həmişə strateji xarakter daşıdığını bəyan edən millət vəkilinin sözlərinə
görə, ticari-iqtisadi, siyasi əlaqələrin daha da möhkəmlənməsində də maraqlı tərəf olub:
"Rusiyaya qarşı Qərb tərəfindən sərt sanksiyalar tətbiq ediləndə Azərbaycan xoş qonşuluq,
ənənəvi tərəfdaşlıq münasibətlərini pozmadı. Sanksiyaları pislədi. Odur ki, bu gün Rusiyanın
Azərbaycan ərazilərini işğal edən Ermənistanla birləşmiş qoşun formalaşdırması, bu və ya digər
formada onları silahlandırması bizdə təəssüf doğurmaya bilməz”.
Şəymən