Adil Qeybulla: "Fişəng və digər pirotexnika vasitələrin ölkəmizə gətirilməsinə qanunla qadağa qoyulub, amma müəyyən korporativ maraq güdənlər bunları ölkəyə gətirib, satışını da həyata keçirir"
"Pirotexnika maddələrin ölkəmizə gətirilməsinə qadağa qoyulub. Bəs bayram günlərində bu qədər partlayıcı haradan çıxdı?”
Bu barədə "Sherg.az”a bayram günlərində cn açıq satılması, insanların xəsarət almasından danışarkən tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.
Onun sözlərinə görə, bu maddələrin ölkəyə necə gətirildiyi araşdırılmalıdır:

"Belə çıxır ki, ölkəyə qaçaqmalçılıq yolu ilə hər şey gətirilə bilər? Qanunlar ancaq kasıblar üçündürmü? Baxın, imkanı olub müəyyən korporativ maraq güdənlər bunları ölkəyə gətirib, satışını da həyata keçirir. Bu vasitələrdən xəsarət alanlara gəldikdə isə nəzərə almaq lazımdır ki, kontrabanda yolu ilə ölkəyə gətirilən vasitələrdən istifadə qaydalarını insanlar bilmir.
Təhlükəsizlik qaydalarına riayət olunmadığına görə, bu cür hallar baş verir. Bu maddələrin satışına icazə veriləcəyi təqdirdə mütləq üzərində təlimatları qeyd olunmalıdır.
İnsanlar özləri isə bu maddələrdən istifadə edərkən xüsusilə diqqətli olmalıdırlar. Ani bir ehtiyatsızlıq insanların həyati orqanlarının zədələnməsinə, ciddi fəsadlara gətirib çıxara bilər. Pirotexnikadan yanıqlar, sifətin eybəcərləşməsi və s. ziyanlar baş verə bilər. Ümumiyyətlə isə, bu maddələrin qeyri-leqal satışı öz fəsadlarını da doğurur”.
Qeyd edək ki, bayram günü təkcə Bakı ərazisində təcili və təxirəsalınmaz tibbi yardım stansiyasına 2300-ə qədər müraciət daxil olub. Ötən illərlə müqayisədə bu il xeyli az müraciət daxil olsa da Sumqayıtda pirotexnika vasitələrdən istifadə edən 3 nəfər xəsarət alıb. Onlardan birinin 2 barmağı amputasiya olunub.
Aysel Aslan