Qarabağ qazisi:"Azərbaycanın ən yaxşı silahı əzmkar, döyüş ruhlu hərbçisidir"
11:16 28.06.2018
Arxiv
585
"Ordumuzun 100 illiyi ilə bağlı hərbi paradın keçirilməsi müasir Azərbaycan ordusunda olan irəliləyişi bir daha göz önünə sərdi”.
Bunu "Sherg.az”a iyunun 26-da keçirilən hərbi parad haqqında fikirlərini bölüşərkən Qarabağ qazisi, xüsusi təyinatlı hərbçi, ehtiyatda olan gizir Natiq Mehdiyev söyləyib.
O bildirib ki, silahlı qüvvələrin müasir hərbi texnikası, silahları və peşəkar kadr hazırlığı paradda bütün möhtəşəmliyi ilə nümayiş olundu:
"Prezident İlham Əliyevin ordumuzun təminatına xüsusi diqqət yetirməsi, müdafiə naziri Zakir Həsənovun hərbi uğurları, orduda nizam-intizam yaratması, inkişafa nail olması vətənə qulluq edən hərbçiləri ruhlandırır. Azərbaycan artıq silah idxal edərək, ordunu silahlandırmaqla qalmır, eyni zamanda özümüz silah istehsal edirik.
İnkişaf etmiş sənaye nəticəsində müasir silahlar artıq ölkəmizdə də istehsal olunur, hətta xaricə satılır. Təşkil edilən hərbi paradda düşmənə layiqli mesajlar ötürüldü. Boşuna deyil ki, dünya mətbuatında da işıqlandırılan hərbi paradımız düşməni ciddi şəkildə narahat edib.
Hesab edirəm ki, Azərbaycanın ən yaxşı silahı əzmkar, döyüş ruhlu hərbçisidir. Çünki silah nə qədər dağıdıcı, nə qədər güclü olur olsun, onu idarə edən vətən oğlu güclü iradə nümayiş etdirmədikdə, qələbə bayrağını qaldıra bilmərik. Əminliklə deyirəm ki, Azərbaycan əsgərləri bu vətənpərvərliyi, milli ruhu ən yüksək səviyyədə nümayiş etdirirlər. Qorxmaz hərbçilərimizin, hansı silahı istifadə edirlər, etsinlər, həmişə qalib gələcəklərinə əminəm”.
Qeyd edək ki, iyunun 26-da Azərbaycan ordusunun 100 illik yubileyi münasibətilə, Bakının Azadlıq Meydanında möhtəşəm hərbi parad keçirilib. Paradda çıxış edən Ali baş Komandan İlham Əliyev ordumuzun qüdrəti və bu istiqamətdə qarşıda duran bir sıra məsələlərə toxunub. Prezident vurğulayıb ki, gün gələcək, işğaldan azad olunmuş torpaqlarda qaldırılan Azərbaycan bayrağı "Azadlıq" meydanına gətiriləcək və hərbi paradda nümayiş etdiriləcək.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət