Qarabağın həlli ilə bağlı hər hansı paket mövcud deyil
09:01 29.03.2017
Arxiv
708
Amerikalı həmsədr sadəcə masa üzərindəki variantlardan bəhs edir
"Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 3 hissəli plan var”. Bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqland deyib. Həmsədr bildirib ki, müharibə bəyanatları sözdə qalmalı və əsla hərəkətlərə çevrilməməlidir:
"Bəzən siyasi səbəblərdən bu və ya digər lider Dağlıq Qarabağda müharibənin mümkünlüyü haqqında bəyanat verir, digər tərəfi isə cavab verir ki, biz də mübarizə aparacağıq”.
Münaqişənin həlli ilə bağlı danışıqlar masasında bir sıra planların olduğunu deyən Hoqland bildirib ki, münaqişə tərəflərinin rəhbərləri siyasi iradə nümayiş etdirərək danışıqlar masasına qayıtmalıdır:
"Dövriyyədə olan plan var və o, 3 hissədən ibarətdir. Hazırda bu planın detallarını açıqlamağı məqsədəuyğun hesab etmirəm. Tərəflər onun üzərində işləyir. Ola bilsin ki, bu planlar yekun deyil, amma onlar hazırda dövriyyədədir. Bu isə o deməkdir ki, onlar ətrafında danışıqlar davam etməlidir”. Amerikalı həmsədrin sonuncu bəyanatından belə aydın olur ki, danışıqlar masasında yeni təkliflər paketi var. Çox güman ki, bu paket aprel döyüşlərindən sonra hazırlanıb. Hoqlandın iddia etdiyi sənəd ABŞ-ın yeni administrasiyasının Qarabağ münaqişəsinin həlli istiqamətindəki yanaşması ola bilərmi? Ekspertlərə görə, həmsədrin açıqlamasında qaranlıq qalan və sual doğuracaq məqamlar var.
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Şərq”ə açıqlamasında hər hansı yeni həll paketinin mövcud olmadığını söyləyib. Politoloqa görə, amerikalı həmsədr sadəcə masa üzərindəki variantlardan bəhs edir:
"Müzakirə olunan həll paketinin birinci maddəsinə əsasən Qarabağ ətrafı beş rayon boşaldılmalıdır. İkinci maddədə isə qaçqınların həmin ərazilərə qaytarılması nəzərdə tutulur. Ancaq üçüncü maddə Qarabağdakı referendumun tarixinin dəqiq qeyd olunmasıdır. Əgər iki maddə Azərbaycanın xeyrinədirsə, üçüncü məqam birbaşa erməni separatçılarının lehinədir. Yəni əsas problem budur ki, sözügedən üç maddəni birlikdə reallaşdırmaq mümkün deyil, ardıcıllıq müəyyən edilməyib. Həmsədrlər də bunun çarəsini tapa bilmirlər. Ola bilsin, amerikalı həmsədr həmin üç planı nəzərdə tutur”.
Politoloq İlqar Vəlizadə də "Şərq”ə bildirib ki, ortada planlardan daha çox cızma-qaralar var:
"Qaralamaların real plan halına gətirilməsi üçün xeyli zaman lazımdır. Bunun üçün vasitəçilər münaqişə tərəflərinin mütəmadi görüşünü təşkil etməlidirlər. Amma həmsədrlər bunu bacarmır və çalışırlar ki, ən azından nazirlər səviyyəsində görüşə nail olsunlar. "Lavrov” planı mediada geniş müzakirə mövzusuna çevrildi. Əslində "Lavrov” formulu həmsədrlərin və tərəflərin yox, sadəcə Rusiya tərəfinin ortaya atılmış bir planı idi. Şübhəsiz ki, amerikalı həmsədr masa üzərindəki mövcud paketlərin Rusiyaya məxsus olduğunu deyə bilməzdi.
Çünki bununla ABŞ-ın həll prosesində arxa planda dayandığını etiraf etmiş olardı. Ancaq reallıq odur ki, aprel döyüşlərindən sonra münaqişə tərəflərinin təmasları məhz birbaşa Moskvanın təşəbbüsü ilə olub. Deməli, Rusiya aparıcı rol oynayır. Lakin Kreml təklifləri digər həmsədrlərlə də razılaşdırır. Hazırda prinsipial məsələ odur ki, tərəflər görüşlər zamanı problemlərin kompleks şəkildə müzakirə edilməsi razılığını əldə ediblər. Yəni ermənilərin iddia etdiyi kimi status məsələsi önə çəkilə bilməz. Azərbaycan tərəfi bunu rədd edir. Həmsədrlər belə bəyanatlarla tərəfləri yenidən masa arxasına dəvət edirlər”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi
Tiflisdə Heydər Əliyevin büstünü zədələyən erməni tutuldu
17:01 30.09.2026
Gündəm
MDB xarici işlər nazirləri Şurasının iclası keçiriləcək
16:58 30.09.2026
Gündəm
Ombudsmanın aylıq maaşı 12 minə qaldırılır
16:51 30.09.2026
Gündəm
Hərbçilərin maaşı artırılır
16:49 30.09.2026
Sosial
İşçinin əli aparatda qaldı, 3 barmağı amputasiya olundu
16:39 30.09.2026
Hadisə
Dövlət qulluqçuları ilə bağlı qanun ilk oxunuşdan keçdi
16:28 30.09.2026
Gündəm
Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir
16:26 30.09.2026
Sosial
Erməni bacılar Bakıya gəldi - VİDEO
15:43 30.09.2026
Cəmiyyət