Dağlıq Qarabağ ərazisində təlim keçirməklə öz varlıqlarını nümayiş etdirməyə çalışırlar. Bütün bunların qarşısını almaq lazımdır.
Qarabağın "QARA BAĞ"ını necə açaq ? - Deputat yolunu göstərdi
14:36 14.03.2018
Arxiv
1273
Elman Məmmədov:"Qətnamələr işə yaramayacaq, Minsk qrupunun faydası belə yoxdur. Yeganə yol Azərbaycan ordusunun gücündən istifadə edib, torpaqlarımızı azad etməkdir”
Dağlıq Qarabağ ərazisində təlim keçirməklə öz varlıqlarını nümayiş etdirməyə çalışırlar. Bütün bunların qarşısını almaq lazımdır.
"Təəssüf ki, Dağlıq Qarabağ bu gün Ermənistan silahlı qüvvələrinin nəzarətindədir. Ona görə, heç bir qayda-qanunla razılaşmayaraq, həmin ərazilərimizdə hərbi təlimlər keçirirlər”.
Bunu "Sherg.az”a separatçı Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində hərbi təlimlər keçirməsindən danışarkən millət vəkili Elman Məmmədov söyləyib.
O diqqətə çatdırıb ki, ermənilər Azərbaycan şəhərlərinin adlarını dəyişib, erməni adları qoyublar:
"Ermənilər o qədər azğınlaşıblar ki, təlimlərə Serj Sarkisyanın özü nəzarət edir. Düşmən tarixi abidələrimizi dağıdır, işğal altındakı torpaqlarda olan təbii sərvətlərimizi talayır. Bir sözlə, işğal ediblər, nəzarət onlardadır, nə istəyirlər, edirlər.
Dağlıq Qarabağ ərazisində təlim keçirməklə öz varlıqlarını nümayiş etdirməyə çalışırlar. Bütün bunların qarşısını almaq lazımdır.Məlum özbaşınalıqlara son qoymaq üçün torpaqlarımızı işğaldan azad etməliyik. Heç bir beynəlxalq qurum bunu etməyəcək, qətnamələr işə yaramayacaq, Minsk qrupunun faydası belə yoxdur.
Elə həmsədr dövlətlərdən biri olan ABŞ qondarma qurumu tanıyır. Yeganə yol Azərbaycan ordusunun gücündən istifadə edib, torpaqlarımızı azad etməkdir”.
Qeyd edək ki, düşmən ordunun təlimləri qoşunların qarşıdurma xəttinin Ağdam istiqamətində keçirilir. Təlim zamanı zirehli texnika və artilleriya qurğularından istifadə edilir. Atəş səsləri cəbhəyanı ərazilərdə aydın eşidilir.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan gələn il üzrə hərbi xərcləri açıqlanıb
21:21 16.09.2026
İqtisadiyyat
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə