Türk ordusunda və polisində FETÖ-çülər qalır, Ankara təhlükədən sovuşmayıb
Qatil 8 dəfə Ərdoğana sui-qəsd edə bilərdi
20:29 22.12.2016
Arxiv
751
Rusiya səfirini güllələyən 8 dəfə Türkiyə Prezidentinin qorumasında olub
Türk ordusunda və polisində FETÖ-çülər qalır, Ankara təhlükədən sovuşmayıb
Türk ordusunda və polisində FETÖ-çülər qalır, Ankara təhlükədən sovuşmayıb
Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qatilinin Fətullah Gülən təşkilatı ilə əlaqəli olduğu müəyyən edilib. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirdiyi mətbuat konfransında deyib. Prezident vurğulayıb ki, qatil FETÖ-nün üzvü olub, bunu gizlətməyə lüzum yoxdur:
"Açıq şəkildə etiraf etməliyik ki, polis strukturlarımız və ordu sıralarımızda bu çirkin təşkilatın üzvləri hələ də qalmaqdadır. Terror təşkilatına qarşı mübarizə bundan sonra da davam etdiriləcək və dövlət qurumları FETÖ-dən təmizlənəcək”. Onun sözlərinə görə, səfir Karlovun qətli ilə əlaqədar
istintaqa rusiyalı müstəntiqlər də qoşulub: "Güman edirəm ki, yaxın müddət ərzində istintaqın gedişi ilə bağlı nəticələr əldə olunaraq ictimaiyyətə təqdim ediləcək”. Məlumat üçün bildirək ki, dekabrın 19-da Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən sərgidə Rusiyanın bu ölkədəki səfiri Andrey Karlov qətlə yetirilib.
Hadisəni törədən şəxsin polis əməkdaşı Mert Altıntaş olduğu məlum olub. Ərdoğanın etirafı ilə bağlı "Şərq”ə danışan politoloq Natiq Miri deyib ki, rus səfirə qarşı həyata keçirilən sui-qəsd çoxgedişli aksiyadır. Ancaq ilk növbədə qətl hadisəsi Türkiyə-Rusiya münasibətlərinə atılmış atəşdir:
"İki ölkə arasındakı yaxınlaşma Yaxın Şərqdə yeni geosiyasi vəziyyət yaradıb. Artıq bəllidir ki, Suriya münaqişəsində həlledici amillərdən biri məhz Türkiyədir. Türkiyəsiz bu böhrandan çıxış yolu yoxdur. Bugünə qədər Rusiya əsasən Qərb koalisiyasına rəhbərlik edən ABŞ-la danşıqlar aparırdı. Tərəflər arasında dəfələrlə atəşkəs razılığı əldə olunsa da, bir addım belə irəliyə getmək mümkün olmadı. Hələb şəhərində mülki insanların həlak olması Vaşinqtona olan güvəni tamamilə sarsıtdı. Nəhayət, Rusiya anlamağa başladı ki, Türkiyənin Suriyada təsiri çox güclüdür. Ona görə də Rusiya əsas danışıqları Türkiyə ilə aparmağa başladı. Qısa müddətdə çox yol qət edildi. Bombaların altında qalan 40 minə yaxın mülki insan Hələbdən təxliyə olundu. Hazırda İŞİD terroruna qarşı savaşan tək ölkə Türkiyədir. Türk ordusu 2 min kvadrat kilometr strateji sahəni terrorçulardan təmizləyib. Bununla yanaşı, Ankara Suriyanın ərazi bütövlüyünü dəstəkləyir. O səbəbdən Rusiya Türkiyəyə daha çox önəm verir. Moskvada baş tutan Türkiyə-Rusiya-İran üçlü görüşü və yekun bəyannamənin qəbul olunması göstərdi ki, Suriyada sülh prosesinin həlledici faktorları məhz bu üç ölkə olacaq. Təbii ki, proseslər ABŞ-a sərf etmir. Amma reallıq odur ki, dünya gücü sayılan ABŞ öz yanlış siyasəti üzündən oyundan kənar vəziyyətdə qalıb. Ona görə də müəyyən dairələr Vaşinqtonun himayə etdiyi FETÖ terror təşkilatından istifadə edərək sui-qəsdə əl atdılar”.
Politoloq bildirib ki, bütün təmizləmələrə rəğmən hələ də ordu və polisdə FETÖ-çülər qalmaqdadır:
"Son hadisə göstərdi ki, Fətullah Gülən şəbəkəsinin üzvləri Türkiyə dövləti, o cümlədən Prezident və Baş nazir üçün çox ciddi təhlükə deməkdir. Qətl hadisəsi həm də Ərdoğana bir mesaj idi. Sui-qəsdçi polis zabiti 8 dəfə Türkiyə Prezidentinin qoruma dəstəsində yer alıb. Deməli, həmin qatilin səkkiz dəfə Ərdoğana sui-qəsd təşkil etmək şansı olub. Dövlət orqanları tam təmizlənmədiyi üçün FETÖ-nün bu imkanları hələ də var. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi gülənçilərdən asanlıqla istifadə edə bilir. Onlar qətllərlə Türkiyə rəhbərliyinə mesaj verirlər ki, "əgər geriyə çəkilməsəniz və Rusiya ilə yaxınlaşmağa davam etsəniz, sizi daha böyük təhlükələr gözləyir”. Burada Türkiyə ilə yanaşı, Rusiyaya da mesaj var. Ancaq onların cəhdi əbəsdir. Son terror hadisəsi tamamilə əks təsir effekti bağışladı. Nəinki tərəfləri düşmən etdi, əksinə, daha da yaxınlaşdırdı. Əgər həmin olaya qədər birgə terrorla mübarizə mümkün deyildisə, bundan sonra mümkün hala gəldi”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncədə 70 yaşlı kişinin meyiti tapıldı
21:23 06.10.2026
Hadisə
16 yaşlı qızını nişanlayan ata cərimələndi
21:00 06.10.2026
Sosial
Rusiyadan AZAL qəzası ilə bağlı yeni açıqlama...
20:50 06.10.2026
Aktual
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə görüşdü
20:38 06.10.2026
Gündəm
Ayı qəbri qazaraq qadın meyitini apardı
20:17 06.10.2026
Dünya
İranda 70 siyasi məhbus edam edildi
20:02 06.10.2026
Region
Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb
19:53 06.10.2026
Hərbi
39 yaşlı ƏFSANƏ: Messi Argentina millisində son oyununa çıxır
19:46 06.10.2026
Futbol
Ərdoğandan universitetlərə süni intellekt xəbərdarlığı
19:41 06.10.2026
Gündəm
Məktəb direktoru onkoloji xəstəlikdən vəfat etdi
19:37 06.10.2026
Hadisə
Qadınlar kişilərdən daha çox ağrı hiss edir - ARAŞDIRMA
19:33 06.10.2026
Sağlamlıq
Yeni qatarlar Bakıda tıxacları azalda bilər - EKSPERT
19:27 06.10.2026
İnfrastruktur
Ayı qəbri qazaraq qadın meyitini apardı
19:15 06.10.2026
Hadisə
Ermənistan və Litva müdafiə sahəsində əməkdaşlıq edəcək
19:08 06.10.2026
Cənubi Qafqaz
Hörmüzdə ticarət gəmisi vuruldu: 12 yaralı
18:33 06.10.2026
Dünya