Qayınana, qayınata arasında dava düşür
09:35 10.12.2016
Arxiv
1084
220 manat müavinət şəhidin xanımına və ya övladına verilməlidir
Millət vəkili Zahid Oruc şəhid ailələrinə verilən müavinətlərin ailə üzvləri arasında bölünməsi ilə
bağlı narahatlığını ifadə edib. Şəhid ailələrinə 220 manat müavinət verildiyini vurğulayan millət
vəkili deyib ki, bu vəsait qayınata, qayınana və şəhidin həyat yoldaşı arasında bölünür.
Bununla da, şəhid ailəsinə düşən vəsait azalır: "Təklif edirəm ki, bu vəsait şəhidin həyat yoldaşına verilsin”.
Qarabağın Azərbaycanlı İcmasının üzvü, sabiq millət vəkili Həvva Məmmədova da "Şərq”ə
açıqlamasında Zahid Orucun fikirlərini dəstəklədiyini deyib:
"Bu çox incə məsələdir. Amma istənilən halda bir tənzimləmə mexanizmi olmalıdır. Əgər şəhidin həyat yoldaşı və övladı varsa, aylıq müavinət mütləq onlara verilməlidir. Əks halda, onun xanımının, övladının problemlərini, çətinliklərini kim həll edəsidir? Əgər şəhid subaydırsa, o zaman həmin müavinət ata-anasına verilməlidir. Şəhidin ailəsi onun ata-anası ilə yaşadığı halda isə burada bölgüyə heç bir ehtiyac qalmır. Əslində, bu elə bir həssas məsələdir ki, hesab edirəm ki, qabardılması belə şəhidin ruhunu narahat edə bilər. Bizim mentalitetimizdə gəlinlə qayınana, qayınata arasında heç vaxt pulun haqqhesabı aparılmayıb. Amma son zamanlar mən də eşidirəm ki, şəhidlərimizin həyat yoldaşı ilə ataanaları arasında müavinət üstündə mübahisələr yaşanır. Bu isə məni çox üzür. Ola bilsin, gəlinlərcavandır, anlamırlar. Heç olmasa, ata-analar şəhid övladlarının xətrinə onun ailəsini yola versinlər, ruhunu incitməsinlər. Dünya malı nədir ki, onun üstündə torpaq uğrunda canından keçən
şəhidlərimizin adı hallandırılsın!”
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
II Qareginin qardaşı və qardaşı oğlu təqsirli biliniblər
19:17 08.10.2026
Cənubi Qafqaz
HƏMAS-ın hərbi qanadının komandiri öldürüldü
19:09 08.10.2026
Dünya
BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi ilə görüş keçirilib
18:35 08.10.2026
Gündəm
Beynəlxalq səyyahlar Ağdamda olublar - YENİLƏNİB
18:30 08.10.2026
Sosial
Türkiyənin F-35 proqramına qayıtması mümkündür - Hərbi ekspert
18:10 08.10.2026
Gündəm
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə