Qaynar xətt qadın zorakılığının qarşısını alacaq? - İZAH




Qaynar xəttin yaradılması qadın zorakılığına birbaşa müdaxilə imkanı yaradacaq.

Bunu Sherg.az-a zorakılığın qurbanı olan qadınlar üçün qaynar xəttin yaradılması haqqında danışarkən "Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib. O, bildirib ki, evdən çıxıb, hüquq mühafizə orqanlarına müraciət edə bilməyən qadınlar qaynar xətt vasitəsilə problemlərini deyə biləcəklər:

"Operativ tədbirlərin görülməsinə 24/7 rejimdə çalışan qaynar xəttin yaradılması önəmli yardım edəcək. İndiki şəraitdə məişət zorakılığının azalması təəssüratı yaranır. Çünki qadınlar polisə və aidiyyatı qurumlara müraciət edə bilmirdi. Qaynar xəttin yaradılması daxil olan müraciətlərin əsasında real statistik rəqəmlərin əldə olunmasına da müsbət təsir göstərəcək”.
M. Zeynalova diqqətə çatdırıb ki, edilən zənglərin içərisində əlavə suallar, qeyri-ciddi məsələlərlə bağlı müraciətlər də olacaq: "Lakin sırf zorakılıqla bağlı problemlərə müdaxilə ediləcək".

Qeyd edək ki, Azərbaycanda Uşaq Məcəlləsi hazırlanaraq qəbul ediləcək. Yeni laihəyə əsasən xüsusilə regionlarda olmaqla, zorakılıq qurbanı olan qadınlar üçün 24/7 rejimdə çalışan qaynar xətti yaradılacaq.

Aysel Aslan