“Qaynar xətt”ə 1 müraciət daxil olub - Mətbuat Şurası
09:01 11.04.2018
Arxiv
679
Mətbuat Şurasının prezident seçkilərində jurnalistlərin prosesi işıqlandırmalarının monitorinqi ilə bağlı məlumat yayıb.
Şuradan Lent.az-a verilən məlumata görə, saat 08.00-dan 12.00-dək prezident seçkilərində peşə fəaliyyətini yerinə yetirən jurnalistlərdən Mətbuat Şurasının "qaynar xətt”inə cəmi 1 müraciət daxil olub.
""İnter.az” telekanalının müxbiri Səbuhi Vaqifoğlunun Sumqayıtda seçki prosesini işıqlandırarkən üzləşdiyi anlaşılmazlıq aradan qaldırılıb. Paytaxtda və ölkənin müxtəlif bölgələrindəki seçki məntəqələrində olan Mətbuat Şurasının monitorinq qrupunun üzvləri də parlament seçkisində jurnalistlərin prosesi işıqlandırmalarında hər hansı maneə qeydə almayıblar.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov 19 saylı Nərimanov birinci, 20 saylı Nərimanov ikinci, 21 saylı Nəsimi birinci, Şuranın İdarə Heyətinin üzvləri - Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu 9 saylı Binəqədi birinci, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli 30 saylı Suraxanı birinci, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu və "Teleqraf holdinq”in rəhbəri Aynur Camalqızı 20 saylı Nərimanov ikinci, "APA holdinq”in rəhbəri Vüsalə Mahirqızı və "Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev 26 saylı Sabunçu birinci, "Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu və Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət 33 saylı Xətai birinci və 34 saylı Xətai ikinci, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə 15 saylı Yasamal birinci və 14 saylı Xəzər, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli 29 saylı Səbail, "Azadinform” İnformasiya Agentliyinin direktoru Niyaz Niftiyev 10 saylı Binəqədi üçüncü, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin rəhbəri İlham İsmayılov 45 saylı Abşeron, Milli Məclisin deputatı Cavanşir Feyziyev 22 saylı Nəsimi ikinci, "Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli 16 saylı Yasamal ikinci seçki dairələrinə daxil olan məntəqələrdə seçkinin gedişini izləyiblər. Onlar seçki məntəqələrində jurnalistlərə peşə vəzifələrinin icrası üçün hər cür şəraitin yaradıldığını, hər hansı maneənin qeydə alınmadığını bildirblər”, - Şuranın məlumatında deyilir.
Qeyd edək ki, Azərbaycan Mətbuat Şurasının (012) 441 35 96, (012) 441 35 30, (050) 534 93 26 və (055) 201 99 26 telefon nömrələri prezident seçkiləri ilə əlaqədar olaraq "qaynar xətt” rejimində fəaliyyətdədir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Azərbaycanı təbrik edib
14:55 15.09.2026
Gündəm
Nazir: Hakan Fidanın Azərbaycana səfəri tarixi günə təsadüf edir
14:31 15.09.2026
Gündəm
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil
“Real Madrid”in sabiq hücumçusu “Valensiya”ya təklif olundu
12:07 15.09.2026
Futbol
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm