Qaz pulu 20 qəpikdən hesablanır? - “Azəriqaz”dan açıqlama
12:24 03.01.2019
Arxiv
612
Qaz sayğacları bəzi yerlərdə hələ də qiyməti 20 qəpikdən hesablayır.
"Sherg.az"qafqazinfo-ya istinadən xəbər verir ki, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, hüquqşünas Sahib Məmmədov da bu problemlə qarşılaşan şəxslərdən biridir.
O bildirib ki, yanvarın 3-də smart sayğaca yüklədiyi qazı sayğac 20 qəpikdən hesablayıb: "Əməliyyat 03 yanvar 2019-cu ildə baş verib. Təxminən 3 saat vaxt itirib mümkün şikayət mexanizmlərindən istifadəyə cəhd etdim. "Azəriqaz"ın heç bir şikayət mexanizmi işləmir. Telefonla əlaqə cəhdləri də boşa getdi. Energetika Nazirliyinə şikayət göndərdim. Dərhal əlaqə saxlayıb araşdırılacağını bildirdilər".
"Azəriqaz"ın mətbuat katibi İbrahim Kərbəlayev qafqazinfo-ya açıqlamasında bildirib ki, bu cür narahatlıqla qarşılaşan abonentlər "Asan Kommunal", "Azəriqaz"ın qaynar xətti, sayt üzərindən elektron müraciət formalarından istifadə edərək şikayətini onlara bildirməlidir: "Texniki olaraq belə bir halın baş verməsi mümkün deyil, yanvarın 1-dən etibarən bütün sayğaclar sıfırlanıb. Amma bütün müraciətlər araşdırılacaq və müvafiq cavab veriləcək".
Qeyd edək ki, Tarif Şurasının qərarı ilə hər il yanvarın 1-dən başlayaraq 170 manatlıq (1700 kubmetr) qaz sərfiyyatına kimi hər kubmetr üçün qiymət 10 qəpik, bu limitdən sonra isə 20 qəpikdən hesablanır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm