
Qazaxıstan dünyada təhlükəsizliyin bərqərar olunmasına töhfələr verir
Nursultan Nazarbayevin antiböhran ideyası beynəlxalq aləmdə təqdir olunur
Qloballaşma nəticəsində vahid bir orqanizmə çevrilməkdə olan dünya iqtisadiyyatında baş verən bugünkü proseslər göstərir ki, planetin ən etibarlı və sabit iqtisadiyyatlarını silkələyən maliyyə böhranı ciddi müqavimət görmədən geri çəkilmək istəmir. Planetin söz sahibi olan inkişaf etmiş qabaqcıl dövlətlərinin böhranın qarşısını almaq üçün kollegial müzakirələrdə optimal variantlar tapmaq istiqamətində atdıqları addımlar və qəbul etdikləri bir çox qərarlara baxmayaraq hələ ki, ciddi bir dönüş müşahidə edilmir. Doğrudur, iqtisadi cəhətdən inkişaf etmiş ölkələr genişlənməkdə və dərinləşməkdə olan maliyyə böhranında öz itkilərini minimuma endirmək üçün bu tədbirlərlə paralel konkret fərdi tədbirlər də həyata keçirirlər. Lakin irəliləyişin müəyyən işartıları görünsə də, onların ümumi iqtisadi inkişafı dinamik bir xəttə çıxaracağı ümidverici görünmür.
Hazırda dünyada baş verən proseslər bir sıra qeyri-stabillik faktorları ilə özünü büruzə verməkdədir. Belə ki, planetin müxtəlif bölgələrində münaqişə zonaları genişlənməkdə davam etməkdədir, dünya iqtisadiyyatı üçün yeni təhdidlər yaranmaqdadır, eləcə də demoqrafik və sivilizasiya xarekterli yeni problemlərlə üzləşməkdəyik. Məhz bu səbəbdən də, beynəlxalq ekspertlər belə hesab edirlər ki, bu kimi proflemlərin effektiv həlli məqsədilə XX əsrdə formalaşmış baxışlar sisteminin həm iqtisadi, həm də siyasi cəhətdən təkmilləşdirilməsinə böyük zərurət yaranmışdır. Əslində isə reallıqda çox az adam tapılar ki, hazırda qlobal əməkdaşlıqda istifadə olunan «ağırçəkili» mexanizmlərin təkmilləşdirilməsinə artıq çoxdan ehtiyac yarandığını inkar edə bilsin. Əlbəttə ki, bu zaman ən çox tənqid hədəfində olan da elə , dünyanın müxtəlif bölgələrində baş verən təcavüz , eləcə də neqativ ssenariləri həll etməkdə aciz kimi görünən BMT-nin özü dayanır.
Analitiklərin fikrincə , müasir dünyada beynəlxalq dialoqun əldə edilməsi üçün təkcə institusional təşkilatların modernləşdirilməsinə ehtiyac duyulmur. Müasir dünyanın aktual problemlərini aradan qaldırmaq üçün onların həlli yollarının özü də müasirləşmə tələb edir.
Odur ki, son on ildə baş verən münaqişələr , eləcə də dünya iqtisadiyyatında davam edən turbulent proseslər inkişaf etmiş dövlətlərin rəhbərlərini mövcud problemin həlli üçün mümkün variantlar işləyib hazırlamağa vadar edir.
Burada diqqət çəkən məqam ondan ibarətdir ki, həmin həll yolları-layihələr yalnız haqqında bəhs olunan ölkə üçün, yaxud da o ölkənin yerləşdiyi region üçün aktuallıq kəsb etməməlidir.O, eyni zamanda, mahiyyət etibarı ilə, dünyada yaranmış bugünkü proseslərin həllində əsas məqamları təşkil edəcək effektiv həll yolları olmalıdır.
Beynəlxalq analitiklərin fikrincə, belə təşəbbüslərdən biri məhz Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən hələ 2011-ci ildə səsləndirilmiş «G-Global» ümumdünya kommunikativ plotformasinın yaradılması təklifidir.
Ekspertlərin fikrincə, əslində bu unikal formul dünya üzrə bütün cəmiyyətin möhkəmlənləndirilməsinə xidmət edir. Təklif olunan layihədə «G-Global» heç də hansısa «Böyük Yeddilik», «Səkkizlik» yaxud da «İyirmiliy»i nəzərdə tutmur. Burada istisnasız olaraq , əsas aparıcı və yaxud ikinci dərəcəli dövlətlərə bölmədən, bütün ölkələrin iştirakı nəzərdə tutulur. Digər tərəfdən isə, Qazaxıstan tərəfi bəyan edir ki, «G-Global» dünyada mövcud olan «G8», «G20»yə heç də alternativ olmayacaq, əksinə, ümumdünya dialoquna nail olmaq üçün əlavə bir instrument təşkil edəcəkdir.
Analitiklərin fikrincə, təklif olunan layihə qlobal antiböhran tədbirlərinə yeni impuls verməklə yanaşı, dünya cəmiyyətinin bütün subyektlərinin prosesdə açıq şəkildə iştirakına imkan yaradacaqdır. Belə ki, Qazaxıstan lideri, bu məqsədlə bütün dövlətlərə müraciət edərək, dünyanı əbədi olaraq müharibə təhlükələrindən xilas edə biləcək , eləcə də münaqişələrə səbəb ola biləcək hallara birdəfələik son qoyulması üçün yeni strategiyanın hazırlanmasını təklif edir.
Ekspertlərin belə hesab edirlər ki, hazırda əməkdaşlıq platforması olaraq «G-Global» dünyanın beyin mərkəzlərinin cəmləşdiyi və qlobal inkişaf məsələlərinin müzakirə olunduğu çoxfunksiyalı bir internet-platformadır. Yaranmasından ötən 5 il müddətində qurum 150 ölkədən 30 mindən artıq eksperti öz sıralarına cəlb edə bilib.Bundan əlavə, layihə 14 Nobel mükafatçısı-Robert Mandell, Con Neş, Robert Kornberq və başqaları tərəfindən bəyənlib və dəstəklənir.Həmçinin, bir sıra beynəlxalq təşkilatların, o cümlədən biznes, elm və təhsil sahələrinin nümayəndələri layihədə aktiv iştirak edirlər. Qazaxıstanın paytaxtında hər il təşkil olunan Astana İqtisadi Forumu isə «G-Global» üçün, bir növ işçi platforma rolunu oynayır.

Bundan əlavə, dünya intelektual şəbəkəsi gündəlik rejimdə planetimizin gələcəyinə dair çox geniş səpkidə sualların həllinin axtarışı ilə məşğul olur. Platforma çərçivəsində , həmçinin, sosial-siyasi, maliyyə-iqtisadi və humanitar problemlər üzrə daimi ekspert qrupları da mövcuddur ki, burada açıq diskussiyalar şəraitində aktual problemlər müzakirə olunur.
Xatırlatmaq yerinə düşər ki, Astana İqtisadi Forumu çərçivəsində keçən müzakirələr zamanı Beynəlxalq Valyuta Fondunun direktoru Daniel Heller ümumdünya açıq dialoq təşəbbüsünün təkmilləşdirilməsinə dair Qazaxıstanın irəli sürdüyü təklifi dəstəklədiyini bildirib. O qeyd edib ki, təmsil etdiyi fond kiçik klublar halında olan qruplarından «G-Global»a keçidi qlobal inkişafın əsas institutlarından biri kimi dəyərləndirir.
Qazaxıctan mediasında gedən yazılardan belə bəlli olur ki, hazırda müxtəlif ölkələri təmsil edən alim və ekspertlər 2017-ci ildə Astanada keçiriləcək «EKSPO-2017» Beynəlxalq sərgisi çərçivəsində , həmçinin , birinci «G-Global» forumunun keçirilməsi təşəbbüsü ilə çıxış etməkdədirlər. Yerli analitiklərin sözlərinə görə, ehtimal olunun ki, sözügedən konfrans bir məkanda dünyanın aparıcı siyasətçi və ekspertlərini, eləcə də beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirməkdə əvəzsiz platforma rolunu oynaya biləcəkdir.
Yerli KİV-lərin məlumatına görə, Böyük Britaniyanın keçmiş xarici işlər naziri lord Duqlas Herd Qazaxıstan liderinin bu təklifini çox düzgün və real təşəbbüs adlandırıb. O, Astana İqtisadi Forumunda müzakirə olunan ümumdünya antiböhran planının qəbul edilməsi ideyasını
xüsusi olaraq aktual olduğunu bəyan edib. Onun sözlərinə görə , terrorizm, miqrasiya və digər neqativ amillər məhz iqtisadi böhran, kasıblıq, savadsızlıq və işsizliyin nəticəsi olaraq yaranır. Və bütün bu problemlərin həllinə yalnız birlikdə çatmaq mümkündür.
Beynəlxalq müşahidəçilərin sözlərinə görə, Nursultan Nazarbayev tərəfindən səsləndirilən təklif Qazaxıstan Respublikasının dünya miqyasında qazandığı uğurların inkasıdır. Belə ki, Mərkəzi Asiyanın bu dövləti qarşılıqlı təhlükəsizlik məsələləri, insan hüquqları və dayanıqlı inkişafın təmin olunması kimi məsələləri özündə cəmləşdirən dünya təhlükəsizliyin konsepsiyasına sadiqliyini öz əməli işi ilə artıq çoxdan təqdiqləyib. Bu baxımdan , dünyada müşahidə olunan böhran prosesləri və giosiyasi qarşıdurmalar şəraitində Qazaxıstan liderinin antiböhran ideyaları qlobal cəmiyyətdə mühüm praktiki əhəmiyyətə malikdir.
Yerli analitiklərin sözlərinə görə, heç də əbəs yerə deyildir ki, bu ilin yayında Qazaxıstan 2017-2018-ci illər üçün BMT Təhlükəsizlik Şurasının(TŞ) qeyri-daimi üzvü seçilib. Və fürsətdən istifadə edərək, Qazaxıstan BMT TŞ tribunasından istifadə etməklə, qlobal təhlükəsizlik və davamlı inkişafın təmin olunmasına öz töhfələrini verəcək, eyni zamanda «G-Global»ın prinsiplərini effektiv şəkildə daha da irəliyə aparmağı çalışacaq.
Beynəlxalq müşahidəçilər belə hesab edirlər ki, «G-Global» layihəsinin təşəbbüskarı olan Qazaxıstan qlobal dialoqa yeni nəfəs gətirməyə , qarşıya çıxan təhdid və çağırışların həlli üçün optimal cavabların tapılması işlərinə müvafiq tepm verməyə qadir olan bir dövlətdir. Ölkənin müstəqillik yaşının bir o qədər də çox olmamasına baxmayaraq, Qazaxıstan beynəlxalq təhlükəsizlik sisteminin bərqərar olmasına verdiyi mühüm töhfələrlə fəxr edə bilər.
Yerli analitiklər belə hesab edirlər ki, indiyədək Astananın artıq dəfələrlə dünyanı narahat edən məsəslələrin həlli ilə bağlı belə proqresiv təşəbbüslərlə çıxış edib və həmin təşəbbüslər də dünya ictimaiyyəti tərəfindən lazımınca qiymətləndirilib.Odur ki, qarşıdan gələn ilin, bu mənadə, Qazaxıstan üçün uğurlu bir il olacağı istisna edilmir…
Anar