Qənirə Paşayeva Asiya Parlament Assambleyasının videokonfransaına qatılıb
07:25 21.05.2021
Arxiv
475
Azərbaycanın Asiya Parlament Assambleyasındaki nümayəndə heyətinin rəhbəri Qənirə Paşayeva təşkilatın İqtisadiyyat və davamlı inkişaf daimi komitəsinin videokonfrans formatında iclasında iştirak edib.
Mayın 20-də Asiya Parlament Assambleyasının İqtisadiyyat və davamlı inkişaf daimi komitəsinin videokonfrans formatında iclası keçirilib.
Tədbirdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycanın Asiya Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Qənirə Paşayeva iştirak edib. İclasda qurumun fəaliyyəti ilə bağlı Asiya Parlament Assambleyası İqtisadiyyat və davamlı inkişaf daimi komitəsi sədrinin və Baş katibinin çıxışları dinlənilib.
Sonra iclasda Asiya enerji bazarının yaradılması, İqtisadi yüksəlişin təmin edilməsi, Yoxsulluğun aradan qaldırılması, Davamlı inkişaf sahəsində məqsədlərə çatmaq üçün APA-ya üzv parlamentlərin rolu, Asiya Cəmiyyətinin Maliyyə Təşəbbüsü və digər mövzularda bir sıra qətnamə layihələri müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.
“Asiyada hamı üçün su və sanitariya” adlı qətnamə layihəsinin müzakirəsində Türkiyə tərəfi məsələyə gələn iclasda baxılmasını təklif edib. Azərbaycan nümayəndə heyətinin rəhbərinin də dəstəklədiyi bu təklif qəbul olunub.
Daha sonra tədbirdə Yaşıl maliyyələşmə, Asiya enerji bazarının inteqrasiyası, Su böhranı üzrə işçi qruplarının hesabatları dinlənilib.
İclasda müzakirə olunan məsələlərlə bağlı parlamentarilər çıxış edərək öz rəylərini səsləndiriblər, təkliflərini irəli sürüblər, qurumun fəaliyyətinin effektivliyinin artırılması, region ölkələri arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri və digər aktual məsələlərlə bağlı fikirlərini bildiriblər.
Bununla da Asiya Parlament Assambleyasının İqtisadiyyat və davamlı inkişaf daimi komitəsinin videokonfrans formatında iclası başa çatıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi