Qərargah: "Qəbələdəki yanğın tam nəzarət altına alınıb" - YENİLƏNİB
12:55 05.09.2017
Arxiv
530
Qəbələ rayonunun Solquca, Abrıx və Dandıx kəndləri yaxınlığındakı meşəlik ərazilərdə yanğınların söndürülməsi istiqamətində həyata keçirilən təxirəsalınmaz və operativ tədbirlər nəticəsində yanğınlar tam nəzarət altına alınıb.
Qəbələ rayonunda meşə ərazisində baş vermiş yanğınların söndürülməsi üzrə Əməliyyat Qərargahından Lent.az-a verilən məlumata görə, hazırda bəzi tüstülənmə mənbələrinin söndürülməsi üçün zəruri tədbirlər görülür. Yanğının söndürülməsi əməliyyatına Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Qəbələ Rayon İcra Hakimiyyətinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Əlavə məlumat veriləcək.
***
15:50
Bir neçə gün əvvəl Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Bum meşəbəyliyinin Abrıx, Dandıx, Solquca kəndləri ətrafındakı meşə sahələrində baş vermiş yanğının 80 faizi Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarının səyləri nəticəsində söndürülüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hazırda bir-birindən aralı məsafələrdə yerləşən kiçik közərtilərin söndürülməsi işləri Dandıx-Tikanlı, Dandıx-Solquca istiqamətlərində davam etdirilir.
Xatırladaq ki, baş vermiş yanğınla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf rayonlardakı meşə müəssisələrinin, qoruq və milli parkların, o cümlədən mərkəzi aparatın əməkdaşları artıq 5 gündür ki, ərazidədir.
Təxirəsalınmaz və operativ tədbirlər davam etdirilir.
ETSN-də dəyən ziyanı dəqiqləşdirmək və nəticələri aradan qaldırmaq üçün tədbirlər görülür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ bu ölkədə üçtərəfli görüş təklif etdi - Zelenski
16:35 25.09.2026
Dünya
Baş nazir və ailə üzvləri ölümlə hədələndi
16:21 25.09.2026
Dünya
İran nə hərb, nə də sülh vəziyyətində qalacaq - ŞƏRH
15:53 25.09.2026
Gündəm
“Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı
15:39 25.09.2026
Futbol
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik edib
15:37 25.09.2026
Gündəm
Sel təhlükəsinə dair tədbirlər keçirilib
14:59 25.09.2026
Aktual
Türkiyə lideri: İranın daxili işlərinə qarışmaq olmaz
14:43 25.09.2026
Gündəm
Bakıda anbarda güclü yanğın başladı - FOTO
14:31 25.09.2026
Hadisə
Simonyan Azərbaycanı işarə elədi, Şevtsov hədələdi
14:18 25.09.2026
Gündəm
Braziliya millisində “10 nömrə”nin yeni sahibi müəyyənləşdi
14:11 25.09.2026
Futbol
Elm öyrənməklə əldə olunmur
13:07 25.09.2026
Elm və Təhsil
Tramp İranla danışıqlardan imtina etdi
12:57 25.09.2026
Dünya
“Paşinyan Ermənistanın Azərbaycandan asılı olduğunu bəyan etdi”
12:54 25.09.2026
Gündəm
SEPAH: ABŞ yeddi şərtimizi yerinə yetirənədək müharibə davam edəcək
12:48 25.09.2026
Dünya
Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başladı
12:39 25.09.2026
İdman