Qərb taktiki gediş edib
04:07 29.08.2017
Arxiv
701
Avropa ölkələrinin Bəşər Əsədə qarşı münasibəti köklü surətdə dəyişməyib
Avropa dövlətləri Suriyada Prezident Bəşər Əsədin öz postunu tərk etməsi barədə uzunmüddətli tələblərindən əl çəkiblər. Üstəlik, Avropa İttifaqı nazirlərinin iclasında belə bir ehtimal da məqbul sayılıb ki, dünənədək diktator adlandırılan və bəşəriyyətə qarşı cinayətlərdə günahlandırılan Əsəd qarşıdan gələn seçkilərdə iştirak edə bilər.
Beləliklə, Qərb dünyası 2011-ci ildən bəri davam etdirdiyi siyasi kursdan 180 dərəcə dönüb. Bu dönüş Suriyada münaqişə başlanandan bəri 500 minədək insan məhv olduqdan sonra qəbul edilib. Məlumdur ki, yarım milyon suriyalının əksəriyyəti Əsəd qüvvələri və müttəfiqlər tərəfindən öldürülüb. Lakin Avropa liderləri açıq şəkildə Suriya müxalifətinə başa salıblar ki, onların Əsədi hakimiyyətdə saxlamaqdan başqa çıxış yolları qalmayıb.
Suriya müxalifətinin sözçüsü Yəhya əl-Aridi isə deyib ki, o, sözdə dəstək verib, əməldə heç nə etməyən Qərbin mövqeyindən çox məyus olub.
Avropanın mövqe dəyişikliyini "Şərq”ə dəyərləndirən Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib ki, Avropa ölkələrinin Bəşər Əsədə qarşı münasibəti köklü surətdə dəyişməyib. Ekspertin fikrincə, Qərb dünyası taktiki gediş edib:
"Uzun zamandır Suriyada terrorçulara, İŞİD-ə qarşı mübarizə aparılır. Artıq bu mübarizənin müsbət amilləri ortaya çıxmaqdadır. Son aylarda bir neçə mühüm şəhərlər İŞİD-dən azad edilib, xeyli sayda silahlı öldürülüb. Terrorçu qruplaşmalar sıxışdırıldıqca, bölgədə sabitlik yaranır. Görünür, bu faktlar Avropa liderlərinin Əsədə münasibətinə təsir edib. Qərb siyasətçiləri zənn edirlər ki, hazırda Suriyada Əsədi əvəzləyəcək şəxs yoxdur. Onların fikrincə, Əsəd cinayətlər törətsə də, legitim prezident sayılır”.
Professora görə, istənilən suriyalı siyasətçi Əsədə qarşı mübarizə apara bilər: "Düşünmürəm ki, belə qalmaqallı şəraitdə, ölkənin parçalandığı bir vəziyyətdə Suriya prezidentliyinə seçkilər bütün ölkə əhalisinin iştirakı ilə baş tutsun. Avropa dövlət başçıları reallığın fərqindədir. Lakin təkrar edirəm, qərar müvəqqəti xarakter daşıyır və gələcəkdə yanaşma tamamilə dəyişə bilər”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu ölkədə benzin rekord qiymətə qalxdı
22:41 25.09.2026
Dünya
Putin: Rusiya Avropa ilə hərbi əməliyyatlara hazırlaşmır
21:49 25.09.2026
Aktual
Ərdoğan BMT-də Netanyahuya ad çəkmədən mesaj verdi
21:33 25.09.2026
Gündəm
Ermənistan-Rusiya münasibətləri daha da pisləşə bilər - Politoloq
21:30 25.09.2026
Siyasət
Putin Si Cinpin və Trampın danışıqları barədə: “Qısqanmıram”
21:09 25.09.2026
Dünya
Çətir və gödəkçələri hazırlayın: 7-8 gün yağış yağacaq
20:42 25.09.2026
Ekologiya
Rusiya ordusu Kiyevə zərbə endirdi: ölənlər var
20:37 25.09.2026
Gündəm
Azərbaycanın U-21 millisi Çexiya millisi ilə heç-heçə etdi
20:29 25.09.2026
Futbol
Avropada yanacağın bahalaşmasına qarşı etirazlar başlayıb
19:49 25.09.2026
Dünya
Sumqayıtda 41 yaşlı kişi üçüncü mərtəbədən yıxılaraq ölüb
19:42 25.09.2026
Hadisə
Tramp noyabrda Çində keçiriləcək APEC sammitində iştirak edəcək
19:40 25.09.2026
Dünya
Ermənistan bir geosiyasi mərkəzdən digərinə keçmir - ŞƏRH
19:35 25.09.2026
Gündəm
Səhər yeməyinin vaxtı ömür uzunluğuna təsir edir - Araşdırma
19:21 25.09.2026
Sağlamlıq