İraq və Suriyada terrorun durdurulması və müharibənin bitməsi üçün hələ çox işlər görülməlidir
Qərbin planları hələ masa üzərində qalır
22:12 28.11.2017
Arxiv
476
Regionda İŞİD-dən də təhlükəli terror şəbəkəsi yaradılır və gücləndirilir
İraq və Suriyada terrorun durdurulması və müharibənin bitməsi üçün hələ çox işlər görülməlidir
İraq və Suriyada terrorun durdurulması və müharibənin bitməsi üçün hələ çox işlər görülməlidir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan PKK, İŞİD və FETÖ kimi terror təşkilatları ilə mübarizənin davam edəcəyini bildirib. Ərdoğan Türkiyənin indiki vəziyyətini yeni bir qurtuluş savaşı ilə müqayisə edib: "Suriya və İraqdakı oyunları pozmağı qarşımıza məqsəd qoymuşuq.
"Fərat Qalxanı” ilə bu addımları atdıq, ən qısa vaxt ərzində terror təşkilatları vasitəsilə qurulmağa cəhd edilən siyasi düzəni yerlə bir edəcəyik. İraqda yeni terror zonaları və birləşmələrinin qurulmasına icazə verməyəcəyik”. Türkiyə Prezidenti Suriya məsələsinin bir terror təşkilatı ilə mübarizədən daha irəli məsələ olduğunu qeyd edərək, orada baş verən qətliamı dayandırmağın bəşəriyyətin ortaq vəzifəsi olduğunu xatırladıb:
"Fərat Qalxanı” hərəkatı ilə Suriyadakı terror təşkilatı layihəsinin qəlbinə soxduğumuz xəncəri yeni həmlələrlə genişlətməkdə qərarlıyıq. Çox yaxında bu mövzuda vacib addımlarımız olacaq”. Ərdoğanın açıqlaması ilə bağlı "Şərq”ə fikirlərini bölüşən siyasi ekspert Əli Orucov deyib ki, Yaxın Şərqdə, xüsusən İraq və Suriyada terrorun durdurulması və müharibənin bitməsi üçün hələ çox işlər görülməlidir. Onun sözlərinə görə, İŞİD-i yaradanlar və ona dəstək verənlər bir qədər geri çəkilməyə məcbur olsalar da, bu hələ həmin bölgədə axan qanların tam durdurulması və əmin-amanlığın yaranması anlamına gəlmir:
"Regionda müxtəlif güclərin maraqları toqquşur və Qərbin planları masa üzərində qalır. Diqqət edin, İŞİD üzərində qələbə çalındığını deyən ABŞ digər terror təşkilatı olan PYD-ni ağır silahlarla təchiz etməyə davam edir. Bu o deməkdir ki, regionda İŞİD-dən də təhlükəli terror şəbəkəsi yaradılır və gücləndirilir. İndi dövrəyə plana uyğun olaraq kürd separatçıları və bu ad altında Qərbin terror qrupları yerləşdirilir. Qərb istiqrarsızlığı və qanı durdurmaq əvəzinə yeni bir ssenari hazırlayır. İsrail hətta bir qədər də qabağa gedərək İranı təhdid edən bəyanatlarla çıxış edir, diqqəti bu ölkəyə yönləndirməyə çalışır. Türkiyə və İran müəyyən qədər Suriya və İraq probleminə cəlb edilib. Lakin bu iki dövlətin gücü və nüfuzu qalır.
Ona görə planda hər iki dövləti açıq münaqişəyə cəlb etməklə zəiflətməyə, Yaxın Şərqdəki qanlı qarşıdurmanı uzatmağa, həm də arealını genişləndirməyə çalışırlar”. Analitik bildirib ki, Türkiyə Afrində hərbi əməliyyatlar aparacağını istisna etmir, İran da Suriya və Livanda Hizbullaha dəstəyini davam etdirəcəyini deyir:
"Deməli, bu planlar, Qərbin və İsrailin maraqlarına uyğun gəlmir. Qarşıdurmaya körfəz ölkələrini də səfərbər etmə çağırışları tez-tez səslənir. Rusiya, İran və Türkiyə bundan sonra da əlaqəli və kordinasiyalı şəkildə biri-birlərinin maraqlarına hörmətlə əməkdaşlığı davam etdirərsə, bölgədə müəyyən uğurlara imza ata bilərlər. Hər nə qədər də olsa qaynar regionu həmin bölgədə mövcud olan ölkələrdən başqa kimsə tanıya bilməz”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə