Qəzaya uğrayan "MiQ-29"-un "qara qutu"su Azərbaycanda oxunacaq
09:26 21.08.2019
Arxiv
473
Hərbi pilot Rəşad Atakişiyevin təyyarə qəzasının səbəbi "qara qutu"nun açılması və məlumatların oxunmasından sonra məlum olacaq. Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında politoloq, mərhum hərbçimizin qayınatası Qabil Hüseynli bildirib.
O qeyd edib ki, R.Atakişiyev peşəkar pilot idi: "Məlumdur ki, qəzaların böyük əksəriyyətində pilotlar katapult edir. Bildiyiniz kimi, Rəşadın qəzaya uğradığı təyyarə ilə radar və radioəlaqə eyni vaxtda kəsilib. Əlaqə kəsilən kimi də təyyarənin dənizə doğru yönəldiyi təsbit edilib. Hər şeyi aparılan araşdırmaların nəticəsi söyləyəcək.
Bildiyimə görə, "qara qutu" Azərbaycanda tədqiq olunacaq. Bununla bağlı laboratoriya yaradılıb. Təyyarə axırıncı dəfə təmir üçün Ukraynanın Lvov şəhərinə göndərildiyi üçün Ukraynadan mütəxəssislər çağırılıb".
Onun sözlərinə görə, "qara qutu" bir qədər zədələndiyi üçün yeni qaba köçürüləcək:
"Məncə, "qara qutu"nun oxunmasında problem olmayacaq".
Xatırladaq ki, iyulun 24-də saat 22 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nin "MiQ-29" təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.
Qəza nəticəsində "MiQ-29" təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb. Avqustun 19-da hərbi təyyarənin "qara qutu"su, dünən isə pilotun meyiti dənizdən tapılaraq çıxarılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi
Tiflisdə Heydər Əliyevin büstünü zədələyən erməni tutuldu
17:01 30.09.2026
Gündəm
MDB xarici işlər nazirləri Şurasının iclası keçiriləcək
16:58 30.09.2026
Gündəm
Ombudsmanın aylıq maaşı 12 minə qaldırılır
16:51 30.09.2026
Gündəm
Hərbçilərin maaşı artırılır
16:49 30.09.2026
Sosial
İşçinin əli aparatda qaldı, 3 barmağı amputasiya olundu
16:39 30.09.2026
Hadisə
Dövlət qulluqçuları ilə bağlı qanun ilk oxunuşdan keçdi
16:28 30.09.2026
Gündəm
Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir
16:26 30.09.2026
Sosial
Erməni bacılar Bakıya gəldi - VİDEO
15:43 30.09.2026
Cəmiyyət
KİV: Dubaydan Təl-Əvivə uçan daha bir sərnişin təyyarəsi geri dönüb
15:12 30.09.2026
Dünya
DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənilib
15:02 30.09.2026
Hadisə