Qırmanclanan qadının fotosunu çəkmək üçün yarışdılar...

İndoneziyanın şəriətlə idarə olunan Açe əyalətində evlilikdən kənar əlaqə və fahişəlikdə günahlandırılan 5-i qadın olmaqla 8 nəfərə qırmanc cəzası verildi. 
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, cəzalar dünən şəhər meydanında icra olunub. Hadisəni izləmək istəyənlər böyük çaxnaşma yaratdığına görə, təhlükəsizliyi təmin etmək üçün hərbiçilər çağırıldı.
11 qırmanc cəzası alan qadınlardan biri 5-çi zərbədən sonra huşunu itirdi. Ağrıya dözə bilməyən qadına su verildikdən sonra qırmanc zərbələri davam etdirildi. İşgəncəni izləmək üçün ən ön sırada yer alan qadınlar isə böyük bir həvəs və həyəcanla şəkil çəkmək yarışına girdilər.
Turan