“Qırmızı Körpü”nün sabiq baş inspektoru məhkəmə zalında həbs edildi
09:01 17.06.2021
Arxiv
348
Dövlət Gömrük Komitəsinin “Qırmızı Körpü” postunun baş inspektoru işləmiş Pərviz Hüseynov rüşvət almaqda ittiham edilərək həbs edilib.
“Qafqazinfo” xəbər verir ki, onun ittiham olunduğu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.
İttihama görə, Türkiyədən Azərbaycana sərnişin daşıyan “Lüks İstanbul” firmasına məxsus “Mersedes Benz Travego” markalı, 34-VY-3100 nömrə nişanlı sərnişin avtobusunun “Qırmızı Körpü” gömrük postunda yoxlama zamanı yük yerində “metal borular” aşkar olunub.
Avtobusun sürücüsü Sağlam Yücel Rəcəb oğlu bildirib ki, o, həmin “metal borular” adlı yükün gömrük postundan keçirilməsində köməklik göstərilməsi üçün “Qırmızı Körpü” gömrük postunun inspektoru Pərviz Hüseynova 400 ABŞ dolları məbləğində pul verib və yoxlama nəticəsində fakt öz təsdiqini tapıb. Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrinə əsasən, Hüseynov Pərviz Bəhruz oğlu dərhal tutduğu vəzifədən azad edilib.
Pərviz Hüseynov məhkəmədə ifadə verərək rüşvət almadığını deyib. O bildirib ki, xəstə olduğu üçün özünü itirib:
“2012-ci ildən epilepsiya xəstəliyindən müalicə olunuram. Həmin gün də bir neçə saat əvvəl tutmalarım olmuşdu, dərman qəbul etmişdim.
Dərmanın təsirindən fikrim dağınıq idi. Gömrük Komitəsinin digər əməkdaşları Elçin və Pərviz Türkiyə vətəndaşının mənə verdiyi pulları istəyəndə fikrim dağınıq olduğundan özümə məxsus olan 400 ABŞ dollarını cibindən çıxarıb, onlara verdim və həmin pulun Türkiyə vətəndaşının verdiyini dedim”.
Hakim Faiq Mahmudovun hökmü ilə Pərviz Hüseynov 4 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neftin qiyməti 96 dolları ötüb
08:52 23.07.2026
İqtisadiyyat
ABŞ İranın raket istehsalı sahələrini izləyə bilmir - Şikarçi
08:48 23.07.2026
Region
İranla bağlı gərginlik artır: Böyük Britaniyadan təcili qərar
07:51 23.07.2026
Dünya
Bülent Ersoyun həyatı film olur
07:17 23.07.2026
Şou
Tramp: İran yaxın vaxtlarda ABŞ ilə razılaşmaya hazır olacaq
06:42 23.07.2026
Dünya
Belarusda "yarıtmaz işçilər" hərbi təlim düşərgəsinə göndəriləcək
05:25 23.07.2026
Dünya
Məşhur türk müğənni dənizdə yaşamağa başladı
04:40 23.07.2026
Şou
Səkkizinci uşağı dünyaya gəldi!
04:04 23.07.2026
Şou
Niyə arıqlamaq bu qədər çətindir? - Səbəbi beynimiz ola bilər
03:33 23.07.2026
Sağlamlıq
Ərbilə intensiv zərbə endirilir
01:55 23.07.2026
Gündəm
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol